1992-ci ilin 7 yanvarında Azərbaycan Respublikasının müstəqilliyi Çexiya və Latviya tərəfindən rəsmi şəkildə tanınıb.
"Tehsil365" xəbər verir ki, Bu hadisə Azərbaycanın beynəlxalq aləmdə suveren dövlət kimi tanınması prosesində mühüm addımlardan biri olub. Keçmiş Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan, bir sıra ölkələrlə ikitərəfli diplomatik münasibətlər qurmağa başlayıb.
Çexiya və Latviya ilə diplomatik əlaqələrin qurulması sonrakı illərdə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafına zəmin yaradıb.

