06 yanvar 2026-cı il tarixində Şuşa şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycanın dahi bəstəkarı, musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
"Tehsil365" xəbər verir ki, Tədbirdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına dair çıxışlar edilib, şagirdlər tərəfindən bəstəkarın musiqilərindən parçalar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Məktəb kollektivi bu cür tədbirlərin gənc nəslin milli-mədəni irsimizə bağlı ruhda yetişməsində mühüm rol oynadığını vurğulayıb.

