7 yanvar 2026-cı il tarixində Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində kitabxana xətti ilə növbəti ucadan oxu tədbiri təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirin əsas məqsədi şagirdlərdə oxu mədəniyyətini inkişaf etdirmək, onların ədəbi zövqünü artırmaq və kitabxana fondundan səmərəli istifadə etməyə həvəs yaratmaqdır.
Ucadan oxu zamanı şagirdlər kitabxanaçı Elza Cumayeva ilə birlikdə seçilmiş nağılı səsləndiriblər. Şagirdlərin fəal iştirakı ilə keçən oxu zamanı hər kəs mətnə diqqətlə yanaşaraq, ifadəli və düzgün oxumağa çalışıb. Kitabxanaçı Elza Cumayeva nağılın məzmunu, qəhrəmanların xüsusiyyətləri və əsərin mənəvi-əxlaqi dəyərləri barədə şagirdlərlə ətraflı müzakirə aparıb.
Müzakirə zamanı şagirdlər nağılın əsas ideyasını, müəllifin çatdırmaq istədiyi mesajları, hekayədəki qəhrəmanların davranışlarını və onların seçimlərinin nəticələrini analiz ediblər. Bu, onlarda tənqidi düşünmə qabiliyyətinin inkişafına və oxuduqlarını daha dərindən anlamağa kömək edib. Kitabxanaçı həmçinin məktəb kitabxanasının zəngin fondu və yeni daxil olmuş ədəbiyyat nümunələri barədə məlumat verib, şagirdləri daha çox kitab oxumağa təşviq edib.
Tədbir həm şagirdlər, həm də müəllimlər tərəfindən yüksək qiymətləndirilib. Belə fəaliyyətlər məktəbdə oxu mədəniyyətinin formalaşmasına, şagirdlərin ədəbi biliklərinin artırılmasına və onların nitq bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.
Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta məktəb rəhbərliyi gələcəkdə də kitabxana xətti ilə bu cür tədbirlərin keçirilməsini planlaşdırır, məktəb ictimaiyyətinin maarifləndirilməsi və oxu vərdişlərinin inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirəcək.

