7 yanvar 2026-cı il tarixindən Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində ənənəvi olaraq keçirilən "Səliqəli xətt müsabiqəsi" uğurla davam edir.
"Tehsil365" xəbər verir ki, Bu dəfə müsabiqə I sinif şagirdləri arasında təşkil olunub və böyük maraqla qarşılanıb.
Müsabiqənin əsas məqsədi şagirdlərdə əl yazısının səliqəli, aydın və düzgün olması vərdişini formalaşdırmaq, onların yazı mədəniyyətini artırmaqdır. Bu cür yarışmalar uşaqlarda diqqətlilik, dəqiqlik və əzmkarlıq kimi keyfiyyətlərin inkişafına xidmət edir. Həmçinin, müsabiqə vasitəsilə şagirdlərin əl yazısı bacarıqları qiymətləndirilir, zəif tərəflər aşkar edilərək, onları təkmilləşdirmək üçün əlavə tədbirlər görülür.
İ sinif şagirdləri arasında keçirilən müsabiqədə uşaqlar öz yazı qabiliyyətlərini nümayiş etdiriblər. Müsabiqədə iştirak edən hər bir şagird məktəb və müəllim heyəti tərəfindən təşviq olunub, yazılarına qiymət verilərək fərqli kateqoriyalarda mükafatlandırılacaqlar. Müəllimlər şagirdlərin əl yazısının nə qədər inkişaf etdiyini və onların yazı bacarıqlarının tədris prosesinə təsirini yüksək qiymətləndiriblər.
Belə tədbirlər vasitəsilə məktəb həm şagirdlərin bilik və bacarıqlarının artırılmasına, həm də onların yaradıcı potensiallarının inkişafına xidmət edir. Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta məktəbin müəllim və rəhbərliyi gələcəkdə də tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin fərdi bacarıqlarının artırılması istiqamətində bu cür mühüm tədbirlərin təşkilini davam etdirəcək.
Tədbir zamanı məktəbin ibtidai sinif müəllimləri müsabiqənin əhəmiyyəti barədə məlumat verərək, valideynlərin də uşaqların yazı mədəniyyətinin inkişafında fəal iştirak etməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin müsabiqənin davamlı şəkildə keçirilməsinin yazı mədəniyyətinin artırılmasına və məktəbə marağın yüksəlməsinə müsbət təsir göstərəcəyini qeyd ediblər.
Müsabiqə müddətində şagirdlərə səliqəli yazı üçün texniki tövsiyələr verilib, yazı zamanı diqqətli və səbirli olmaları tövsiyə olunub. Uşaqlar həmçinin bir-birlərinin işlərini qiymətləndirərək yazı bacarıqlarını dostları ilə müqayisə etmək imkanı əldə ediblər ki, bu da onları daha çox çalışmağa və öz üzərində işləməyə ruhlandırıb.
"Səliqəli xətt müsabiqəsi" məktəbdə ənənəvi olaraq hər il keçirilir və şagirdlərin yazı vərdişlərini təkmilləşdirməklə yanaşı, onların intellektual inkişafına da müsbət təsir göstərir. Gələcəkdə müsabiqənin digər siniflərdə də davam etdirilməsi planlaşdırılır.

