06 yanvar 2026-cı il tarixində İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində "Tanınmış Şəxsiyyətlər Təqvimi" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi və dramaturqu Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir təşkil edildi.
"Tehsil365" xəbər verir ki, Tədbirdə məktəbin UBTR rəhbəri və kitabxana müdiri iştirak edərək şagirdlərə Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatındakı yeri, zəngin yaradıcılığı və xalqına xidmətləri barədə geniş məlumat verdilər. Şagirdlər şairin əsərlərindən seçmələr oxuyaraq onun milli dəyərlərə verdiyi önəmi vurğuladılar.
Layihənin məqsədi tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətini təbliğ etməklə gənc nəslin mənəvi tərbiyəsini gücləndirmək, onları milli-mənəvi dəyərlərə daha çox yaxınlaşdırmaqdır.
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbi belə tədbirlərin davamlı şəkildə keçirilməsini nəzərdə tutur və şagirdlərin maarifləndirilməsi istiqamətində fəaliyyətini artırmağı planlaşdırır.

