Astara rayonu Şahağac kənd R.Mirzəyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi Quliyeva Qəmər Calal qızının 65 illik yubileyi münasibətilə xüsusi tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirdə Qəmər müəllimin uzunmüddətli və səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi əvəzsiz töhfələr yüksək qiymətləndirilib. Tədbir iştirakçıları onun fədakarlığını, peşəkarlığını və şagirdlərin yetişdirilməsindəki xidmətlərini böyük hörmətlə qeyd ediblər.
Tədbirin sonunda Qəmər müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Qəmər müəllimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

