Təhsil 365 - Logo Mobile

Bu tələbələrə sosial güzəştlər ediləcək

11408.01.2026 - 10:44
Bu tələbələrə sosial güzəştlər ediləcək

Rayonlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində oxuyan tələbələr üçün əlavə stimulların tətbiqi aktual mövzu olaraq gündəmdədir. Maraqlıdır, rayonlarda oxuyan tələbələr üçün əlavə stimullar (təqaüd, güzəştlər) olmalıdırmı?

Tehsil365” bildirib ki , bu barədə, KONKRET.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, rayonlarda oxuyan tələbələr üçün əlavə təqaüdlər və güzəştlər çox müsbət təşəbbüs olardı. Onun sözlərinə görə, hazırda Bakı şəhərində tələbə sayının həddən artıq çox olması ümumi sıxlıq yaradır və gənclərin regionlara yönləndirilməsi üçün stimullaşdırıcı mexanizmlərə ehtiyac var.

Ekspert qeyd edib ki, bu stimullardan biri məhz regionlarda təhsil alan tələbələr üçün əlavə imkanların yaradılması olar:

“Rayonlarda oxuyan tələbələrə əlavə təqaüdlər, nəqliyyat güzəştləri, kirayə haqları ilə bağlı dəstək göstərilə bilər. Bu, istər-istəməz gənclərin Bakıdan kənarda yerləşən ali təhsil müəssisələrinə marağını artıracaq”.

Ramin Nurəliyev vurğulayıb ki, hazırda Bakı və regionlar arasında bu baxımdan ciddi fərq yoxdur və hər hansı xüsusi güzəşt tətbiq olunmur. Onun fikrincə, güzəştlərin tətbiqi həm sosial, həm də strateji baxımdan məqsədəuyğun olar:

“Beynəlxalq təcrübəyə baxsaq görərik ki, adətən mərkəzi şəhərlərdə yerləşən universitetlər daha çox diqqət cəlb edir. Azərbaycanda isə bu yanaşmanın dəyişdirilməsinə artıq Qarabağ Universiteti ilə müəyyən qədər başlanılıb”.

Ekspert son qəbul imtahanlarının nəticələrinə də toxunaraq bildirib ki, Qarabağ Universitetinə maraq gözləniləndən daha yüksək olub:

“Artıq Bakıdan olan gənclər belə Qarabağda oxumağa üstünlük verirlər. Bu onu göstərir ki, düzgün yanaşma və müəyyən güzəştlər tətbiq olunsa, regionlara maraq daha da artacaq”.

Onun sözlərinə görə, tələbələr üçün yataqxanaların pulsuz olması, yataqxanalarda qidalanma kimi güzəştlərin tətbiqi də mühüm rol oynaya bilər. Eyni zamanda, regionlara müəllimlərin cəlb edilməsi üçün də stimullaşdırıcı addımların atılmasının vacibliyi vurğulanıb:

“Bəzi xaricdən gələn müəllimlər, eləcə də yerli mütəxəssislər regionlara getmək istəmirlər. Onlar üçün də maraq formalaşdırılarsa, bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək”.

Təhsil eksperti hesab edir ki, regionlarda təhsil alan tələbələr və çalışan müəllimlər üçün əlavə stimullar həm regional inkişafı sürətləndirə, həm də ali təhsil sistemində balansın qorunmasına kömək edə bilər.

Amidə Zeynalova

Xəbər Lenti

E-poçtlara cavab vermək bir dəqiqəyə enə bilər09.01.2026 - 18:00
Hökumət akademiya trestlərinin bağlanması üçün yeni səlahiyyətlər əldə edir09.01.2026 - 17:42
Kollecə getməyən tələbələr üçün peşə hazırlığı prioritet olacaq09.01.2026 - 17:24
İmmiqrasiya agentinin ölümcül atəş açmasından sonra gərginlik artır09.01.2026 - 17:06
Daha bir ştat qanun qəbul etdi09.01.2026 - 16:48
Etibarlı məlumat toplanması tələb olunur09.01.2026 - 16:30
City & Guilds-in biznes qolunun satışı araşdırılır: rəhbərlərə milyonluq bonuslar verilib09.01.2026 - 16:12
Kembric Kollecinə “əxlaqsız” özəl məktəblərdən qəbul kampaniyasını dayandırmaq tövsiyə olunur09.01.2026 - 15:54
Böyük Mançesterdə müəllimlər “zorakılıq mədəniyyəti”nə qarşı tətilə çıxdılar09.01.2026 - 15:36
ETX "WhatsApp" və "Telegram" hesabları ilə bağlı xəbərdarlıq edir09.01.2026 - 15:14
Agentlik "Sarı gəlin"in erməni mahnısı kimi təqdim olunması barədə: "Şur-Şahnaz" ancaq Azərbaycana aiddir"09.01.2026 - 15:00
Ucarda yeni məktəb istifadəyə verilib09.01.2026 - 14:46
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ09.01.2026 - 14:30
Ötən il Naxçıvanda 6 erkən evliliyin qarşısı alınıb09.01.2026 - 14:14
Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı çağırışları və AMEA-nın vəzifələri - məruzə09.01.2026 - 13:59
“Elektron jurnal” sisteminin əhatə dairəsi genişləndirilir09.01.2026 - 13:44
Bu univesitet azərbaycanlı tələbələrin SAT nəticələrini qəbul etməyəcək09.01.2026 - 13:29
Prezidentdən Anar İsgəndərovla bağlı - Sərəncam09.01.2026 - 13:15
MEMİM Üzeyir Hacıbəylinin 140 illiyini ustad dərsləri və konsertlərlə qeyd etdi 09.01.2026 - 13:02
ADAU-da Ege Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib09.01.2026 - 13:00
Alimlər İsidor Baraxov və Aleksey Kyundenin Birinci Türkoloji Qurultayda iştirakı yakut linqvistikasının inkişafında mühüm mərhələ olub09.01.2026 - 12:45
Pişiklər necə "təşəkkür edir?"09.01.2026 - 12:30
Yer kürəsini elektrik tozu bürüyəcək09.01.2026 - 12:16
Azərbaycanda bir neçə telekanalın yayımı müvəqqəti dayandırılır - SƏBƏB09.01.2026 - 12:00
Prezidentin mesajı: Azərbaycanın sabahı təhsil və elmdə formalaşır09.01.2026 - 11:46
AMEA-da yeni təyinatlar olub09.01.2026 - 11:31
AzMİU əməkdaşları dövlət və nazirlik mükafatları ilə təltif edilib09.01.2026 - 11:14
UNEC Voleybol komandası VIII turda qalib gəldi09.01.2026 - 11:00
Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da - FOTO09.01.2026 - 10:44
Sabah qar yağacaq09.01.2026 - 10:29
Xoreoqrafiya və teatr ixtisaslarında müsabiqə şərtlərində dəyişiklik09.01.2026 - 10:16
16 yaşlı Məleykə həkim səhvindən ölübdür - Rəsmi09.01.2026 - 10:00
UNEC aliminin monoqrafiyası ABŞ-də çap olunub09.01.2026 - 09:46
Yuxu siqnalları xərçəng və ürək xəstəliklərini öncədən göstərə bilər09.01.2026 - 09:29
Qaradağ rayonunda insident baş verib09.01.2026 - 09:12
Həmkarımız, ssenarist və aktrisa Marqarita Maleyeva vəfat edib09.01.2026 - 09:00
Nöqsanlara görə çıxarılan direktorun yerinə təyinat olub 09.01.2026 - 08:53
Elm və Təhsil Nazirliyi 2026-2027-ci il üçün dərslik layihələri üzrə ictimai rəy toplayır09.01.2026 - 08:48
Kembric Kolleci tələbə qəbulu üçün elit özəl məktəbləri hədəfə alacaq09.01.2026 - 08:30
“Bir anlıq, yalnız o hekayə vacibdir”: Kitablara sevgi və oxuma mədəniyyətini yenidən canlandırmaq təşəbbüsü aparılır 09.01.2026 - 08:12
Amerika Müəllimlər Federasiyası Texasda müəllimlərə qarşı ittihamlara görə məhkəməyə müraciət edib09.01.2026 - 07:54
Əliabad İkinci Nömrəli Məktəbdə 9-cu sinif şagirdlərinin monitorinqi uğurla keçirilib09.01.2026 - 07:36
Məktəbdaxili nizam-intizamın təminatı üçün yoxlamalar aparılıb09.01.2026 - 07:18
VIII sinif şagirdləri arasında monitorinq keçirilib09.01.2026 - 07:00
Azərbaycan və Malta arasında diplomatik əlaqələrin qurulmasından 29 il ötür09.01.2026 - 06:42
1992-ci ildə Qvineya Azərbaycanın müstəqilliyini tanıdı09.01.2026 - 06:24
Nazim Quliyev – Vətənə sədaqətin simvolu09.01.2026 - 06:06
Azərbaycan mətbuatının qəhrəman siması – Salatın Əsgərovanın anım günü09.01.2026 - 05:48