Təhsil 365 - Logo Mobile

Bakıdan hər gün rayon mərkəzinə işləmək üçün gedən müəllimlərə yol pulu niyə verilmir?

8708.01.2026 - 10:35
Bakıdan hər gün rayon mərkəzinə işləmək üçün gedən müəllimlərə yol pulu niyə verilmir?

Məlumdur ki, Bakıdan kənd məktəblərinə işləməyə gedən müəllimlərə yol və ya ezamiyyət xarakterli əlavə ödənişlər tətbiq olunur. Lakin Bakıdan hər gün rayon mərkəzinə işləmək üçün gedib-gələn müəllimlər bu mexanizmdən kənarda qalırlar. Halbuki bu kateqoriyaya aid müəllimlər də faktiki olaraq məsafə qət edir, nəqliyyat xərclərinə məruz qalır və vaxt itkisi yaşayırlar. Bakıdan məsafə qət edərək rayon mərkəzində çalışan müəllimlərə yol pulu və ya əlavə kompensasiya niyə tətbiq edilmir?

Tehsil365” xəbər verir ki, bu barədə Təhsil eksperti Ramin Nurəliyev Valyuta.az-a bildirib ki, ümumi orta təhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əməkhaqqının tənzimlənməsi Elm və Təhsil Nazirliyinin müvafiq qaydaları əsasında aparılır: "Müəllim maaşlarının fərqli formada tənzimlənməsi əsasən kənd və ucqar ərazilərə müəllimlərin cəlb olunmasının təşviqi məqsədi daşıyır. Müəllimlər daha çox şəhər və rayon mərkəzlərində yerləşən məktəblərdə işləməyə üstünlük verirlər. Kənd məktəblərində, xüsusilə də ucqar kəndlərdə şagird sayının az olması dərs saatlarının azalmasına, bu isə müəllimin aldığı əməkhaqqının aşağı düşməsinə səbəb olur. Məhz bu balansı tənzimləmək üçün Nazirlik müəyyən güzəştlər tətbiq edir".

R.Nurəliyev H1 və H2 anlayışlarına da aydınlıq gətirib: "Bu mexanizm əsasən 35 yaşadək gənc müəllimlərin rayon məktəblərində işləməyə təşviqi üçün nəzərdə tutulub. H1 üzrə şəhər mərkəzindən 3 kilometrədək məsafədə yerləşən məktəbdə dərs deyən müəllimin maaşına 60 manat, H2 üzrə isə 3 kilometrdən uzaqda fəaliyyət göstərən müəllimin maaşına 160 manat əlavə olunur. Bununla yanaşı, ucqar kənd məktəblərinə könüllü gedən müəllimlər üçün yaşayışla bağlı əlavə dəstək göstərilir. Akademik göstəricilərə əsasən əməkhaqqında fərqlər tətbiq edilir və “Əməkdar müəllim” adına layiq görülən şəxslərin maaşına da əlavə ödəniş verilir".

Ekspert vurğulayır ki, əsas məsələ nəqliyyat vasitələrinin mütəmadi istifadəsidir: "Böyük şəhərlərdə - Bakı, Gəncə, Sumqayıt kimi yerlərdə müəllim MİQ nəticəsinə əsasən öz razılığı ilə hər hansı məktəbdə əmək fəaliyyətinə başlayır və Nazirlik onun yaşadığı ünvanı nəzərə almır. Müəllim şəhərin bir tərəfində yaşayıb digər tərəfində işləyə bilər ki, bu da şəxsi seçim sayılır".

R.Nurəliyevin fikrincə, böyük şəhərlərdə yol pulu mexanizminin tətbiqi sui-istifadə hallarına yol aça bilər: "Düşünürəm ki Bakı və digər böyük şəhərlərdə belə tənzimləmələr həyata keçirilərsə, bu, istər-istəməz bəzi müəllimlərdə sui-istifadəyə gətirib çıxara bilər. Ona görə də böyük şəhərlərdə əlavə ödəniş qaydasının tətbiq olunması o qədər də arzuolunan deyil".

"Eyni zamanda, Bakı şəhərinin infrastrukturu ilə məsələn, Lerik rayonunun ucqar kəndində çalışan müəllimin şəraitini müqayisə etmək olmaz. Regionlarda müəllimlər bəzən palçıq içində məsafə qət edir, əlavə ayaqqabı götürərək məktəbə çatdıqdan sonra geyimini dəyişir. Bu çətinlikləri şəhərdəki rahat iş şəraiti ilə eyniləşdirmək mümkün deyil", - deyə təhsil eksperti qeyd edib.

Bu baxımdan ekspert hesab edir ki, mövcud tənzimləmə mexanizmi hazırkı şərait üçün düzgün yanaşmadır.

R.Nurəliyev əlavə edib ki, müəllimin işlədiyi ərazidə yaşayış yeri yoxdursa, bu zaman fərqli güzəştlər tətbiq olunur: "Yaşayış yerindən kənarda fəaliyyət göstərən müəllimlərə əlavə ödənişlər nəzərdə tutulur. Məsələn, bir rayondan digər rayona işləməyə gedən və kirayə mənzildə yaşayan müəllimlər üçün 3 il müddətinə əlavə ödəniş mexanizmi tətbiq edilir. Bu ödəniş 60-90 manat həcmində olur. Onun 60 manatı kirayə haqqı, 30 manatı isə kommunal xərclər üçün nəzərdə tutulur. Bundan əlavə, müəllimin qət etdiyi məsafə nəzərə alınır və məsafə fərqi olduqda əməkhaqqına əlavə 100 manat ödəniş edilir. Bu məbləğlər müəllimin əsas əməkhaqqına əlavə olunur".

Ekspert qeyd edir ki, müəllim həvəsləndirmə mexanizminə düşərsə, ona əlavə olaraq 100 manat ödəniş verilir: "Rayon mərkəzində fəaliyyət göstərən, lakin həmin ərazidə mülkiyyəti olmayan və yaşayış yerindən kənarda işləyən müəllimlərə isə əməkhaqqına 90 manat əlavə tətbiq olunur".

Amidə Zeynalova

Xəbər Lenti

Hökumət akademiya trestlərinin bağlanması üçün yeni səlahiyyətlər əldə edir09.01.2026 - 17:42
Kollecə getməyən tələbələr üçün peşə hazırlığı prioritet olacaq09.01.2026 - 17:24
İmmiqrasiya agentinin ölümcül atəş açmasından sonra gərginlik artır09.01.2026 - 17:06
Daha bir ştat qanun qəbul etdi09.01.2026 - 16:48
Etibarlı məlumat toplanması tələb olunur09.01.2026 - 16:30
City & Guilds-in biznes qolunun satışı araşdırılır: rəhbərlərə milyonluq bonuslar verilib09.01.2026 - 16:12
Kembric Kollecinə “əxlaqsız” özəl məktəblərdən qəbul kampaniyasını dayandırmaq tövsiyə olunur09.01.2026 - 15:54
Böyük Mançesterdə müəllimlər “zorakılıq mədəniyyəti”nə qarşı tətilə çıxdılar09.01.2026 - 15:36
ETX "WhatsApp" və "Telegram" hesabları ilə bağlı xəbərdarlıq edir09.01.2026 - 15:14
Agentlik "Sarı gəlin"in erməni mahnısı kimi təqdim olunması barədə: "Şur-Şahnaz" ancaq Azərbaycana aiddir"09.01.2026 - 15:00
Ucarda yeni məktəb istifadəyə verilib09.01.2026 - 14:46
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ09.01.2026 - 14:30
Ötən il Naxçıvanda 6 erkən evliliyin qarşısı alınıb09.01.2026 - 14:14
Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı çağırışları və AMEA-nın vəzifələri - məruzə09.01.2026 - 13:59
“Elektron jurnal” sisteminin əhatə dairəsi genişləndirilir09.01.2026 - 13:44
Bu univesitet azərbaycanlı tələbələrin SAT nəticələrini qəbul etməyəcək09.01.2026 - 13:29
Prezidentdən Anar İsgəndərovla bağlı - Sərəncam09.01.2026 - 13:15
MEMİM Üzeyir Hacıbəylinin 140 illiyini ustad dərsləri və konsertlərlə qeyd etdi 09.01.2026 - 13:02
ADAU-da Ege Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib09.01.2026 - 13:00
Alimlər İsidor Baraxov və Aleksey Kyundenin Birinci Türkoloji Qurultayda iştirakı yakut linqvistikasının inkişafında mühüm mərhələ olub09.01.2026 - 12:45
Pişiklər necə "təşəkkür edir?"09.01.2026 - 12:30
Yer kürəsini elektrik tozu bürüyəcək09.01.2026 - 12:16
Azərbaycanda bir neçə telekanalın yayımı müvəqqəti dayandırılır - SƏBƏB09.01.2026 - 12:00
Prezidentin mesajı: Azərbaycanın sabahı təhsil və elmdə formalaşır09.01.2026 - 11:46
AMEA-da yeni təyinatlar olub09.01.2026 - 11:31
AzMİU əməkdaşları dövlət və nazirlik mükafatları ilə təltif edilib09.01.2026 - 11:14
UNEC Voleybol komandası VIII turda qalib gəldi09.01.2026 - 11:00
Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da - FOTO09.01.2026 - 10:44
Sabah qar yağacaq09.01.2026 - 10:29
Xoreoqrafiya və teatr ixtisaslarında müsabiqə şərtlərində dəyişiklik09.01.2026 - 10:16
16 yaşlı Məleykə həkim səhvindən ölübdür - Rəsmi09.01.2026 - 10:00
UNEC aliminin monoqrafiyası ABŞ-də çap olunub09.01.2026 - 09:46
Yuxu siqnalları xərçəng və ürək xəstəliklərini öncədən göstərə bilər09.01.2026 - 09:29
Qaradağ rayonunda insident baş verib09.01.2026 - 09:12
Həmkarımız, ssenarist və aktrisa Marqarita Maleyeva vəfat edib09.01.2026 - 09:00
Nöqsanlara görə çıxarılan direktorun yerinə təyinat olub 09.01.2026 - 08:53
Elm və Təhsil Nazirliyi 2026-2027-ci il üçün dərslik layihələri üzrə ictimai rəy toplayır09.01.2026 - 08:48
Kembric Kolleci tələbə qəbulu üçün elit özəl məktəbləri hədəfə alacaq09.01.2026 - 08:30
“Bir anlıq, yalnız o hekayə vacibdir”: Kitablara sevgi və oxuma mədəniyyətini yenidən canlandırmaq təşəbbüsü aparılır 09.01.2026 - 08:12
Amerika Müəllimlər Federasiyası Texasda müəllimlərə qarşı ittihamlara görə məhkəməyə müraciət edib09.01.2026 - 07:54
Əliabad İkinci Nömrəli Məktəbdə 9-cu sinif şagirdlərinin monitorinqi uğurla keçirilib09.01.2026 - 07:36
Məktəbdaxili nizam-intizamın təminatı üçün yoxlamalar aparılıb09.01.2026 - 07:18
VIII sinif şagirdləri arasında monitorinq keçirilib09.01.2026 - 07:00
Azərbaycan və Malta arasında diplomatik əlaqələrin qurulmasından 29 il ötür09.01.2026 - 06:42
1992-ci ildə Qvineya Azərbaycanın müstəqilliyini tanıdı09.01.2026 - 06:24
Nazim Quliyev – Vətənə sədaqətin simvolu09.01.2026 - 06:06
Azərbaycan mətbuatının qəhrəman siması – Salatın Əsgərovanın anım günü09.01.2026 - 05:48
Milli Qəhrəman Mətləb Quliyevin xatirəsi anılır09.01.2026 - 05:30