Məktəblilərin yaradıcılıq və özünəinam bacarıqlarının inkişafına yönəlmiş “Həyat Teatrı” layihəsi icra olunub.
“Tehsil365” xəbər verir ki, layihə çərçivəsində 5–8-ci sinif şagirdlərinin yaradıcılıq bacarıqlarının inkişafı, özünəinamın gücləndirilməsi, səhnə nitqinin formalaşdırılması və komanda ilə işləmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə praktiki məşğələlər, interaktiv təlimlər, teatr elementləri üzərində iş və ssenari quruculuğu fəaliyyətlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladırıq ki, “Həyat Teatrı” qrant layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalib layihələrindəndir və Bakı şəhəri 48 nömrəli tam orta məktəbin müəllimi Şərifzadə Könül tərəfindən, tərəfdaş kimi Azərbaycan İncəsənət Məktəbi ilə birgə həyata keçirilir.
Layihənin məqsədi şagirdləri forum teatr fəaliyyətlərinə cəlb etməklə onların sosial-emosional bacarıqlarını inkişaf etdirmək və təhsil mühitində daha fəal, özünəinamlı iştirakını dəstəkləməkdir.

