9 yanvar 1990-cı ildə Bakıda anadan olan Kəmalə Piriyeva Azərbaycan televiziya məkanında özünəməxsus yer tutan teleaparıcı və aktrisalardandır.
"Tehsil365" xəbər verir ki, Peşəkarlığı, səlis nitqi və efirdəki təbii davranışı ilə tamaşaçıların rəğbətini qazanan Kəmalə Piriyeva müxtəlif televiziya layihələrində uğurla çıxış edib.
Televiziya fəaliyyətindən əlavə, o, aktrisa kimi də bir sıra layihələrdə, tamaşalarda və ekran işlərində iştirak edərək sənətsevərlərin yaddaşında qalıb.
Gənc yaşında qazandığı uğurlar, enerjisi və sənətə olan sevgisi ilə Kəmalə Piriyeva Azərbaycan mətbuat və incəsənət sahəsində uğurla fəaliyyət göstərməkdə davam edir.

