9 yanvar 1959-cu ildə Jdanov (indiki Beyləqan) rayonunda anadan olmuş Mətləb Quliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş igid döyüşçülərimizdən biridir.
"Tehsil365" xəbər verir ki, Mətləb Quliyev 1992-ci il avqustun 31-də Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Onun göstərdiyi igidlik və fədakarlıq Vətənə sədaqətin simvolu kimi yadda qalıb.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülən Mətləb Quliyevin xatirəsi bu gün də böyük ehtiramla anılır.
Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Məkanın cənnət olsun, Mətləb Quliyev!

