9 yanvar 1991-ci il – Azərbaycanın qəhrəman jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovanın şəhid olduğu gündür.
"Tehsil365" xəbər verir ki,O, Birinci Qarabağ müharibəsinin ən qaynar çağlarında informasiya cəbhəsində yorulmadan çalışan, peşəsinə sadiq bir xanım kimi yaddaşlara yazılıb.
1961-ci il dekabrın 16-da Bakıda dünyaya gələn Salatın Əsgərova, gənc yaşlarından jurnalist kimi fəaliyyətə başlayıb. O, Qarabağda baş verən hadisələri operativ və cəsarətlə işıqlandırmaqla, cəbhədən Azərbaycan ictimaiyyətinə həqiqətləri çatdırmağa çalışırdı. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya ezam olunan zaman Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olub. O, Birinci Qarabağ müharibəsində həlak olan ilk qadın jurnalistdir.
Salatın Əsgərovanın adı Azərbaycan mətbuat tarixinə qəhrəmanlıq və peşəkarlıq simvolu kimi daxil olub. Onun şərəfinə küçə, məktəb və park adlandırılıb, xatirəsi daim ehtiramla anılır.

