9 yanvar 1992-ci il – Azərbaycanın Milli Qəhrəmanı Nazim Qabil oğlu Quliyevin şəhid olduğu gündür.
"Tehsil365" xəbər verir ki,O, Birinci Qarabağ müharibəsinin ilk illərində vətənin müdafiəsi uğrunda canından keçən igidlərimizdən biridir.
Nazim Quliyev 7 fevral 1967-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olub. Gəncliyindən vətənpərvərliyi ilə seçilən Nazim, torpaqlarımızın müdafiəsi üçün silaha sarılan ilk könüllülərdən biri olub. O, döyüşlərdə cəsarəti və fədakarlığı ilə fərqlənib.
1992-ci il yanvarın 9-da Füzuli rayonunun Kovşad kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Nazim Quliyevin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onun qəhrəmanlığı gələcək nəsillərə vətənpərvərlik nümunəsi olacaq.

