Azərbaycan Respublikasının müstəqilliyi dünya dövlətləri tərəfindən bir-bir tanınmağa başladığı dövrdə, 1992-ci ilin yanvar ayında daha bir önəmli diplomatik addım atıldı.
"Tehsil365" xəbər verir ki, Məhz həmin il Qvineya Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ölkələr sırasına qoşuldu.
Bu akt iki ölkə arasında gələcəkdə mümkün əməkdaşlıqlar üçün hüquqi və siyasi əsas yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə tanınması prosesində mühüm mərhələlərdən biri oldu.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin əsas prioritetlərindən biri beynəlxalq münasibətlərin qurulması və inkişaf etdirilməsi olub. Qvineya ilə diplomatik münasibətlərin formalaşması da bu istiqamətdə atılmış uğurlu addımlardan biridir.

