1995-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikası və Malta Respublikası arasında diplomatik əlaqələr rəsmi şəkildə qurulub.
"Tehsil365" xəbər verir ki, Bu tarixi addım iki ölkə arasında beynəlxalq hüquqa əsaslanan qarşılıqlı əməkdaşlığın başlanğıcını qoyub.
Diplomatik münasibətlərin qurulması siyasi dialoqun inkişafına, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, eləcə də mədəni, iqtisadi və digər sahələrdə əlaqələrin genişlənməsinə zəmin yaradıb.
Hazırda Azərbaycan və Malta müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləyir və münasibətlərin inkişaf etdirilməsi üçün qarşılıqlı maraq nümayiş etdirirlər.

