Elm və Təhsil Nazirliyi 2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri və onlarla birlikdə təqdim olunan metodik vəsaitlərin ictimai müzakirəsinə start verib.
"Tehsil365" xəbər verir ki, Dərslik komplektlərinin layihələri mərhələli şəkildə www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar" bölməsində yerləşdirilir. Nazirlik elm adamlarını, təhsil işçilərini, valideynləri və digər maraqlı tərəfləri müzakirələrdə fəal iştirak etməyə, layihələrlə bağlı fikirlərini və təkliflərini sayt vasitəsilə və ya [email protected] elektron poçt ünvanına göndərməyə dəvət edir.
Bu təşəbbüs dərsliklərin keyfiyyətinin artırılması, müasir tələblərə uyğunlaşdırılması və təhsil sisteminin inkişafına töhfə vermək məqsədi daşıyır.

