Üç gün əvvəl Azərbaycan kino sənətinin tanınmış simalarından olan ssenarist və aktrisa Marqarita Maleyeva dünyasını dəyişib.
"Tehsil365" xəbər verir ki,O, SSRİ Xalq artisti və görkəmli rejissor Əjdər İbrahimovun həyat yoldaşı olub.
Marqarita Maleyeva və Əjdər İbrahimov birgə "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir sıra əhəmiyyətli filmlərin ssenarisini yazıblar. Onların ən məşhur əsərləri sırasında "Qaynana", "Qəribə adam" bədii filmləri və "Narahat adam" sənədli filmi yer alır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhumaya rəhmət diləyirik.
(Fotonun müəllifi: Oleq Səfərəliyev)

