Bakının Qaradağ rayonunda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.
“Tehsil365” xəbər verir ki, Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb.
Nəticədə müavin çənəsindən və bədənin digər nahiyələrindən xəsarətlər alıb. Hadisə məktəbdə olan müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.

