Təhsil 365 - Logo Mobile

Prezidentin mesajı: Azərbaycanın sabahı təhsil və elmdə formalaşır

7209.01.2026 - 11:46
Prezidentin mesajı: Azərbaycanın sabahı təhsil və elmdə formalaşır

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verdi. Bu, sadəcə müsahibə deyildi. Təhsil və elmlə bağlı səsləndirilmiş fikirlər mübaliğəsiz olaraq uğur təmin edən fəaliyyət planıdır. Bu planın məğzi isə ondan ibarətdir ki, güclü Azərbaycan güclü təhsil və elmlə qurulur. Prezident İlham Əliyevin bu müsahibədə səsləndirdiyi çağırışları, tövsiyələri əsasında Azərbaycanın uğurlu gələcəyini təmin edə biləcək təhsil və elmin əsas elementlərini müəyyən etməyə çalışdıq".

Tehsil365” xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qeyd edib.

Rektor bildirib ki, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan dilinə böyük diqqət ayırdı:

"Bundan əvvəl, AMEA-nın 80 illiyinə həsr edilmiş tədbirdə çıxışında da Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasının əhəmiyyətinə geniş yer vermişdi: "Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Mənim göstərisimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim usaqlarımız öz ana dillərini bilsinlər. Mən çox istəyirəm ki, bütün azərbaycanlılar Azərbaycan dilində, bax, bizim kimi danışsınlar. Bu, mənim arzumdur."

Fikrimizcə, Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı söylədikləri məhz Azərbaycan dilində təhsilə diqqət artırmağı tələb edir. Bu baxımdan Azərbaycan dilində təhsil milli kimliyin, intellektual suverenliyin və dayanıqlı inkişafın əsas dayaqlarından biri kimi səciyyələndirilir. Bu məsələ təkcə dil seçimi deyil, dövlətçilik və strateji inkişaf məsələsidir. Azərbaycan dilində təhsil həm də sosial mənşəyindən asılı olmayaraq hamı üçün təhsil imkanlarını bərabərləşdirən ciddi amil, milli elmin təməli kimi qəbul edilir. Eləcə də, onlayn təhsili önə çəkməklə Prezident İlham Əliyev təhsildə yeni texnologiyaların əhəmiyyətini və onun tətbiqinin zəruriliyini, vacibliyini xüsusi vurğulayır.

İkincisi, dəyərləri hər zaman bilikdən önə çəkən ölkə başçısı bu dəfə də bu yanaşmanın dəyişməzliyini təsdiqlədi və bir daha dəyərləri həlledici amil kimi qeyd etdi: "Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri." Dəyərlərin formalaşdırılması təhsildən daha çox mədəniyyətin missiyasıdır. Bu isə o deməkdir ki, təhsilin "saf, təmiz kadrlar" yetişdirməsi üçün mədəniyyətin təhsilə inteqrasiyası üçün yeni yanaşmalar tələb olunur.

Üçüncüsü, müsahibədə təhsil və elm sosial-iqtisadi inkişafın əsas amili kimi xarakterizə edilmiş, cəmiyyətin bütün inkişaf mexanizmlərini hərəkətə gətirən strateji kapital kimi dəyərləndirilmişdir. Bəli, təbii sərvətlər tükənəndir, amma keyfiyyətli təhsil və onun nəticəsi olan insan kapitalı tükənməyən sərvətdir. "Əgər biz doğrudan da elmi inkisaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam süurlu səkildə, inkişaf etmis ölkələrin inkişafı ancaq zəka, agıl, təhsil, elmlə baglıdır, neftlə, qazla yox." Ona görə də bu istiqamətdə işlərin fəallaşdırılması vəzifə kimi müəyyən edilir. Başqa sözlə, ölkəmizin inkişafına təhsilin, elmin təsirini, töhfəsini artırmaq üçün ciddi addımların vaxtıdır.

Dördüncüsü, Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlardan danışan Prezident bir daha təhsil və elmin vəhdətinin strateji zərurət olduğuna diqqət çəkir. "Bilirsiniz ki, biz artıq struktur dəyişiklikləri də etdik, Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı. Amma, eyni zamanda, dövlət siyasətini daha dolğun səkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır."

Prezident İlham Əliyev elmlə təhsilin vəhdətinin əhəmiyyəti ilə bərabər həm də elmin inkişaf göstəricilərinə də diqqət çəkir: "Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur." Burada diqqəti çəkən digər məqam isə tədqiqatların milli, yerli problemlərin həllinə yönəlməsinin və praktikiliyinin vacibliyidir. Yəni, praktiki tədqiqatlar elmi biliklərin milli inkişafa çevrildiyi əsas körpüdür. Eləcə də, elm və təhsildə struktur islahatlarının qaçılmazlığı Prezident İlham Əliyevin çıxışından irəli gələn vacib vəzifələrdən biridir. Bütövlükdə, gəlinən nəticə odur ki, təhsil elmi canlı, yenilənən və dərin məzmunlu edir, elm isə təhsili etik dəyərlərlə, intellektual dürüstlüklə zənginləşdirir.

Beləliklə, "Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox agır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalısmalıyıq."

Rəşanə İsamqızı

Xəbər Lenti

Hava ilə bağlı əhaliyə xəbərdarlıq10.01.2026 - 18:00
Azərbaycan dövlətinin ana dili dərsləri və Akademiyanın vəzifələri10.01.2026 - 17:49
Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib10.01.2026 - 17:36
UNEC Voleybol komandası Yüksək Liqada növbəti qələbəsini qazandı!10.01.2026 - 17:21
Azərbaycan və Albaniyanın Elmlər akademiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq10.01.2026 - 17:14
UNEC nümayəndələri üçün Özbəkistanda ‘International Winter School’ proqramında iştirak imkanı10.01.2026 - 17:08
Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb10.01.2026 - 16:54
Tanınmış alim Mustafa Qarayev vəfat edib10.01.2026 - 16:36
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb10.01.2026 - 16:20
Bu il bu müəllimlər ilk dəfə sertifikatlaşdırmaya cəlb olunacaq10.01.2026 - 16:05
UNEC-in prorektoru dosent Şaiq Əsgərovun 60 illik yubileyi qeyd olunur10.01.2026 - 15:50
Təhsil sənədləriniz artıq “mygov”da10.01.2026 - 15:35
“Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi - Fotolar10.01.2026 - 15:18
Agentlik "Sarı gəlin"in erməni mahnısı kimi təqdim olunması barədə: "Şur-Şahnaz" ancaq Azərbaycana aiddir10.01.2026 - 15:03
AMEA-da yeni təyinatlar və yeni şöbələr10.01.2026 - 14:48
“İRS" beynəlxalq jurnalı ingilis və fransızdilli oxuculara nədən bəhs edir?10.01.2026 - 14:33
Sayalı Sadıqova: ''Afad Qurbanovun əsərləri dilçilik elminin inkişafında mühüm mərhələdir''10.01.2026 - 14:26
Azərbaycanda bəzi tarixi-mədəniyyət abidələrinin adları bərpa edilib10.01.2026 - 14:18
Arzu və Alena Əliyevalar sığınacaqda - Fotolar10.01.2026 - 14:12
Gəncədə yeniyetmə bıçaqlanıb10.01.2026 - 14:03
Yerə yaxın planetlərin paradının tarixi açıqlandı10.01.2026 - 13:49
Musiqi müəllimlərinin NƏZƏRİNƏ: sertifikasiya mövzuları açıqlanıb10.01.2026 - 13:33
Daşkənd Dövlət Texniki Universitetinin nümayəndələri ADNSU-da olublar10.01.2026 - 12:17
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq10.01.2026 - 12:01
Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmənin son vəziyyəti açıqlanıb10.01.2026 - 11:47
13 yaşlı qız dəm qazından zəhərləndi10.01.2026 - 11:30
Avropada itkin dinozavrlar növü tapıldı10.01.2026 - 11:08
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri - Maraqlı STATİSTİKA10.01.2026 - 10:50
Azərbaycanda professor vəfat edib - FOTO10.01.2026 - 10:32
"Ən uğurlu regional təhsil idarəsi" - sorğu DAVAM EDİR10.01.2026 - 10:17
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib10.01.2026 - 10:01
Yeni və rekord sürətli asteroid aşkarlandı10.01.2026 - 09:46
BMU Çinin universiteti ilə ikili diplom müqaviləsi imzaladı10.01.2026 - 09:30
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ10.01.2026 - 09:16
Salyan 4 nömrəli tam orta məktəbdə metodiki görüş keçirilib10.01.2026 - 09:00
Astara şəhər bir saylı məktəbdə şəhid övladına dəstək ziyarəti olub 10.01.2026 - 08:42
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində İngilis dili dərsi dinlənilib10.01.2026 - 08:36
Astara şəhərində Üzeyir Hacıbəyli 140 illik yubileyi qeyd olundu10.01.2026 - 08:18
2018-ci il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunub10.01.2026 - 08:00
Azərbaycanda 2017-ci il "İslam həmrəyliyi ili" elan olunub10.01.2026 - 07:42
2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib10.01.2026 - 07:24
Dənizkənarı Bulvar İdarəsinin yaradılmasından 16 il ötür10.01.2026 - 07:06
İctimai Radionun yaradılmasından 18 il ötür10.01.2026 - 06:54
Space TV-nin yaradılmasından 29 il ötür10.01.2026 - 06:36
1992-ci il, Azərbaycan Beynəlxalq Bankı yaradıldı10.01.2026 - 06:18
Mingəçevir Su Elektrik Stansiyasının işə salınmasından 72 il ötür10.01.2026 - 06:00
Şixəli Dadaşov: Neftçi və SSRİ Dövlət Mükafatı Laureatı10.01.2026 - 05:42
Azərbaycanın sabiq rəhbəri və sovet diplomatı Əbdürrəhman Vəzirovun vəfatının ildönümüdür10.01.2026 - 05:24