Təhsil 365 - Logo Mobile

Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı çağırışları və AMEA-nın vəzifələri - məruzə

10509.01.2026 - 13:59
Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı çağırışları və AMEA-nın vəzifələri - məruzə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində elmin inkişafı ilə əlaqədar çağırışları və Milli Elmlər Akademiyasının vəzifələri” mövzusunda məruzəsi dinlənilib.

‘‘Tehsil365’’ bildirir ki, bu barədə AMEA-dan məlumat verilib.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının müsahibəsində müstəqil dövlətimizin beynəlxalq və regional miqyasda tutduğu mövqe, apardığı məqsədyönlü siyasət, qazandığı nailiyyətlərin real və geniş mənzərəsi canlandırılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlətimizin rəhbərinin müsahibəsi müstəqil və müasir Azərbaycanın dünya miqyasındakı yerinin və mövqeyinin, ölkə başçımızın siyasi iradəsinin, strategiyasının dolğun, məzmunlu panoramıdır və Azərbaycan cəmiyyətinin qarşısında yeni üfüqlər açır, mühüm vəzifələr qoyur.

AMEA rəhbəri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin gündəliyində sülh və təhlükəsizlik məsələləri xüsusi yer tutur. Prezident haqlı olaraq Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə ötən ilin 8 avqustunda Vaşinqtonda, dünyanın bir nömrəli ofisində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə siyasi möhür vurulmasını, Ermənistanla Sülh müqaviləsinin müddəalarının paraflanmasını “müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri, bəlkə də birincisi” adlandırıb. Natiq vurğulayıb ki, Azərbaycan xalqı indiki çətin geosiyasi şəraitdə Prezident İlham Əliyevin Sülh müqaviləsini uğurla başa çatdıracağına, xalqımızın dinc şəraitdə yaşayacağına, qurub-yaradacağına inamı tamdır.

Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibənin ana xətlərindən birini də “Biz həmişə güclü olmalıyıq” tezisinin təşkil etdiyini deyən akademik İsa Həbibbəyli bu gün BMT-nin dünyada gedən siyasi hadisələrə təsir mexanizminin olmadığını və qanunun aliliyi prinsipinə heç də hər zaman riayət edilmədiyini bildirib. Qeyd edib ki, bu gün ölkəmizin ABŞ-la yanaşı, Çinlə də yüksək əlaqələr qurması, D-8 Təşkilatının, Mərkəzi Asiya Məşvərət Şurasının tamhüquqlu üzvü seçilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin müsahibəsində Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün keçirilməsinə xüsusi diqqət çəkdiyini deyən akademik İsa Həbibbəyli dövlət başçımızın səyləri nəticəsində son illərdə təşkilatın fəaliyyətinin gücləndiyini, Türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndiyini söyləyib.

Vurğulanıb ki, ölkəmizin tarixində gedən proseslərin Azərbaycan cəmiyyətinə çatdırılması da Prezidentin müsahibəsində xüsusi yer tutur. Belə ki, Bakı şəhərinin daxilində 2 min 500 kilometrlik yol çəkilməsi, yaxın illərdə 10 metrostansiyanın tikiləcəyi, Qarabağda və Şərqi Zəngəzurda uğurla həyata keçirilmiş sosial-iqtisadi layihələr, Zəngəzur dəhlizi sahəsində atılmış mühüm addımlar və s. 2026-cı ilin də yüksək səviyyədə inkişaf etdiriləcəyini proqnozlaşdırmağa imkan yaradır.

Akademik İsa Həbibbəyli qeyd edib ki, qalib ölkənin Qalib Lideri olan Prezident İlham Əliyev islahatçı dövlət rəhbəridir.

Prezident İlham Əliyevin “Mən, bunu dəfələrlə demişəm, bir daha deyirəm, …inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. ...Onların texnologiyaları haradan gəlir? Onların özləri onları icad edir? Yox, o beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik. ...Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik”, - sözlərini diqqətə çatdıran akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı öz müsahibəsində müasir cəmiyyətin inkişafındakı xüsusi rolunu və əhəmiyyətini nəzərə almaqla, dünya nizamı və ölkə reallıqları ilə birlikdə elm və təhsil məsələlərini bir daha ictimaiyyətin diqqət mərkəzinə çəkmişdir. Akademik İsa Həbibbəyli son illərdə dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların ölkəmizdə elm və təhsilin inkişafına özünün töhfəsini verməkdə olduğunu söyləyib.

AMEA rəhbəri elmlə təhsilin inteqrasiyası çərçivəsində alimlərimizin məktəblilərlə və tələbələrlə işin gücləndirilməsi, onlarla mütəmadi görüşlərin, mühazirə və seminarların keçirilməsi ilə bağlı tapşırıqlar verib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyevin müstəqil dövlətçilik və azərbaycançılıq təlimində ana dili – dövlət dili məsələsi həmişə xüsusi aktuallığa və əhəmiyyətə malik olmuşdur. Milli Elmlər Akademiyasının 70 və 80 illik yubileylərində Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının, xarici təsirlərdən qorunub saxlanılması və daxili imkanlar hesabına zənginləşdirilməsinin dövlət siyasətinin əsas müddəalarından biri olduğunu bəyan etmişdir.

“Dövlət rəhbərimizin 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi məsələsini yenidən gündəmə gətirməsi bu faktorun ölkənin və xalqın taleyində və təkamülündə nə qədər məsuliyyətli olduğunu bir daha nümayiş etdirir. Prezidentin müsahibəsindəki Azərbaycan dili mövzusu Akademiyanın 80 illik yubileyində bu istiqamətdə irəli sürdüyü vəzifələrin daha da genişləndirilmiş, “çərçivələri daha da açılmış” və əsaslandırılmış davamıdır. Dil məsələlərinə ardıcıl münasibət İlham Əliyevin müstəqil dövlətçilik və milli kimliklə bağlı olan Azərbaycan dili siyasətinin davamlı və dönməz olduğunu göstərir. Azərbaycan dilinə haqlı olaraq dövlətin əsas atributlarından biri kimi xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin Azərbaycan dilinin statusuna, qüdrətinə və gözəlliyinə verdiyi yüksək qiymət ana dilimizi nə üçün qoruyub saxlamağın ən mükəmməl cavabıdır: “Dil dövlətin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə. ...Dil o amildir ki, milləti millət edir. ...Bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir millətin kölgəsində ola bilməz”, - deyə AMEA rəhbəri vurğulayıb.

Ana dilinin qorunub saxlanılması, mövqeyinin möhkəmləndirilməsi, daxili imkanlar hesabına zənginləşdirilməsi yollarının və vasitələrinin elmi cəhətdən müəyyən edilməsinin, xalqımıza çatdırılmasının AMEA-nın, xüsusən də humanitar və ictimai elmlər üzrə elmi-tədqiqat institutları əməkdaşlarının müqəddəs borcu və vəzifəsi olduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycan dilinin qrammatik əsaslarının elmi şəkildə tədqiq edilib öyrənilməsinin, yeni nəsillərə mənimsədilməsinin son yüz illiyin ən mühüm nailiyyətlərindən biri olduğunu söyləyib.

Azərbaycan dilinin saflığının qorunması istiqamətində AMEA-da atılmış addımlar haqqında bir sıra məlumatları təqdim edən akademik İsa Həbibbəyli hazırda Orfoqrafiya lüğətinin tamamlanmaq üzrə olduğunu, Orfoepiya lüğəti üzərində işin davam etdiyini bildirib. Yaxın günlərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mövcud ştat vahidləri və daxili imkanlar hesabına “Müasir Azərbaycan dili” şöbəsinin bazasında “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsinin yaradılacağını diqqətə çatdırıb. Bundan əlavə, terminoloji lüğətlərin rəqəmsallaşdırılması, Milli Terminologiya Korpusunun yaradılması, geniş istifadə üçün onlayn lüğətlərin yaradılmasının, nitq mədəniyyəti fənninin yenidən tədris edilməsinin zərurətini vurğulayıb. Həmçinin televiziya məkanında Azərbaycan dili ilə bağlı verilişin bərpa olunmasının əhəmiyyətini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan dilinin saflığının qorunması yalnız Dilçilik İnstitutunun deyil, digər elmi-tədqiqat müəssisələrimizin, ümumilikdə bütün alimlərin üzərinə düşür.

Məruzədə o da qeyd olunub ki, Prezident İlham Əliyev müsahibə zamanı “Sizin üçün torpaq nədir” sualına cavab verərkən torpaq haqqında dediyi çoxmənalı ürək sözləri ölkə rəhbərimizin müstəqil dövlətçilik və azərbaycançılıq baxışlarının obrazlı və ümumiləşdirilmiş möhtəşəm yekunudur. Bu, ana torpaq haqqında dövlət başçısı səviyyəsində verilmiş vətənpərvərlik dərsləridir. Prezident İlham Əliyevin ana torpaq sevgisi və torpağı qorumaq andı hər bir Azərbaycan vətəndaşı üçün nümunədir.

“Bu gün Azərbaycan elmi və Milli Elmlər Akademiyasının alimləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elmi fikrin daha da inkişaf etdirilməsi, elmin ölkəmizin inkişafına daha çox xidmət etməsi, milli-mənəvi dəyərlərin dərindən mənimsənilməsi, yeni elmi nəsillərin hazırlanması yollarında dönmədən çalışaraq, özlərinin məsuliyyətli tədqiqatçılıq vəzifələrini və vətəndaşlıq borclarını yerinə yetirmək üçün səfərbərdirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi AMEA-nın kollektivi adından əmin etmək istəyirəm ki, dövlət başçımızın AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində və Azərbaycanın yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlər, qarşıya qoyulmuş vəzifələr, irəli sürülmüş çağırışlar alimlərimiz, elmi-tədqiqat müəssisələrimiz tərəfindən dönmədən həyata keçiriləcək”, - deyə akademik İsa Həbibbəyli məruzəsinin sonunda bildirib.

Səma Qarayeva

Xəbər Lenti

Hava ilə bağlı əhaliyə xəbərdarlıq10.01.2026 - 18:00
Azərbaycan dövlətinin ana dili dərsləri və Akademiyanın vəzifələri10.01.2026 - 17:49
Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib10.01.2026 - 17:36
UNEC Voleybol komandası Yüksək Liqada növbəti qələbəsini qazandı!10.01.2026 - 17:21
Azərbaycan və Albaniyanın Elmlər akademiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq10.01.2026 - 17:14
UNEC nümayəndələri üçün Özbəkistanda ‘International Winter School’ proqramında iştirak imkanı10.01.2026 - 17:08
Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb10.01.2026 - 16:54
Tanınmış alim Mustafa Qarayev vəfat edib10.01.2026 - 16:36
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb10.01.2026 - 16:20
Bu il bu müəllimlər ilk dəfə sertifikatlaşdırmaya cəlb olunacaq10.01.2026 - 16:05
UNEC-in prorektoru dosent Şaiq Əsgərovun 60 illik yubileyi qeyd olunur10.01.2026 - 15:50
Təhsil sənədləriniz artıq “mygov”da10.01.2026 - 15:35
“Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi - Fotolar10.01.2026 - 15:18
Agentlik "Sarı gəlin"in erməni mahnısı kimi təqdim olunması barədə: "Şur-Şahnaz" ancaq Azərbaycana aiddir10.01.2026 - 15:03
AMEA-da yeni təyinatlar və yeni şöbələr10.01.2026 - 14:48
“İRS" beynəlxalq jurnalı ingilis və fransızdilli oxuculara nədən bəhs edir?10.01.2026 - 14:33
Sayalı Sadıqova: ''Afad Qurbanovun əsərləri dilçilik elminin inkişafında mühüm mərhələdir''10.01.2026 - 14:26
Azərbaycanda bəzi tarixi-mədəniyyət abidələrinin adları bərpa edilib10.01.2026 - 14:18
Arzu və Alena Əliyevalar sığınacaqda - Fotolar10.01.2026 - 14:12
Gəncədə yeniyetmə bıçaqlanıb10.01.2026 - 14:03
Yerə yaxın planetlərin paradının tarixi açıqlandı10.01.2026 - 13:49
Musiqi müəllimlərinin NƏZƏRİNƏ: sertifikasiya mövzuları açıqlanıb10.01.2026 - 13:33
Daşkənd Dövlət Texniki Universitetinin nümayəndələri ADNSU-da olublar10.01.2026 - 12:17
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq10.01.2026 - 12:01
Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmənin son vəziyyəti açıqlanıb10.01.2026 - 11:47
13 yaşlı qız dəm qazından zəhərləndi10.01.2026 - 11:30
Avropada itkin dinozavrlar növü tapıldı10.01.2026 - 11:08
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri - Maraqlı STATİSTİKA10.01.2026 - 10:50
Azərbaycanda professor vəfat edib - FOTO10.01.2026 - 10:32
"Ən uğurlu regional təhsil idarəsi" - sorğu DAVAM EDİR10.01.2026 - 10:17
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib10.01.2026 - 10:01
Yeni və rekord sürətli asteroid aşkarlandı10.01.2026 - 09:46
BMU Çinin universiteti ilə ikili diplom müqaviləsi imzaladı10.01.2026 - 09:30
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ10.01.2026 - 09:16
Salyan 4 nömrəli tam orta məktəbdə metodiki görüş keçirilib10.01.2026 - 09:00
Astara şəhər bir saylı məktəbdə şəhid övladına dəstək ziyarəti olub 10.01.2026 - 08:42
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində İngilis dili dərsi dinlənilib10.01.2026 - 08:36
Astara şəhərində Üzeyir Hacıbəyli 140 illik yubileyi qeyd olundu10.01.2026 - 08:18
2018-ci il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunub10.01.2026 - 08:00
Azərbaycanda 2017-ci il "İslam həmrəyliyi ili" elan olunub10.01.2026 - 07:42
2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib10.01.2026 - 07:24
Dənizkənarı Bulvar İdarəsinin yaradılmasından 16 il ötür10.01.2026 - 07:06
İctimai Radionun yaradılmasından 18 il ötür10.01.2026 - 06:54
Space TV-nin yaradılmasından 29 il ötür10.01.2026 - 06:36
1992-ci il, Azərbaycan Beynəlxalq Bankı yaradıldı10.01.2026 - 06:18
Mingəçevir Su Elektrik Stansiyasının işə salınmasından 72 il ötür10.01.2026 - 06:00
Şixəli Dadaşov: Neftçi və SSRİ Dövlət Mükafatı Laureatı10.01.2026 - 05:42
Azərbaycanın sabiq rəhbəri və sovet diplomatı Əbdürrəhman Vəzirovun vəfatının ildönümüdür10.01.2026 - 05:24