Təhsil 365 - Logo Mobile

Agentlik "Sarı gəlin"in erməni mahnısı kimi təqdim olunması barədə: "Şur-Şahnaz" ancaq Azərbaycana aiddir"

7209.01.2026 - 15:00
Agentlik "Sarı gəlin"in erməni mahnısı kimi təqdim olunması barədə: "Şur-Şahnaz" ancaq Azərbaycana aiddir"

"Bu günlərdə İran İslam Respublikasının televiziya kanalında müğənni və bəstəkar Araz Torosyan (Araz Dare) "Sarı gəlin" Azərbaycan xalq mahnısını erməni və fars dillərində ifa edib. İranın bır sıra internet saytları ifa edilən "Sarı gəlin" Azərbaycan xalq mahnısını erməni mahnısı kimi təqdim edib".

Tehsil365” xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, A.Torosyan "Sari gəlin" mahnısını özünün "YouTube" kanalında da "Sari Aghjik" erməni folklor mahnısı (https://youtu.be/32B9JfiAspQ?si=RMCahVTMoQjZGyx0) kimi paylaşıb:

"Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi bəyan edir ki, "Sarı gəlin" xalq mahnısı Azərbaycan türklərinə məxsusdur. Agentliyin eksperti bəstəkar Cavanşir Quliyevin rəyinə görə, "Sarı gəlin" mahnısı "Şur" məqamında yazılıb. "Şur" məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə "Sarı gəlin" uzun havadır. "Uzun hava" türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını "Şur" muğamının "Şur-Şahnaz" şöbəsinə edilən modulyasiya icra edir. "Şur-Şahnaz" ancaq Azərbaycanda təşəkkül tapmış "Şur" dəsgahının əsas şöbələrindən biridir".

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu, bir sıra dillərdə nəşr olunmuş "Erməni yadelli nağılları" kitabında erməni ədəbi oğurluqları, o cümlədən "Sari gəlin" xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar geniş təhlil olunub.

Kitabda qeyd olunur ki, "1925-ci ildə Yerevanda Elm və İncəsənət İnstitutu yanında vəzifəsi xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi olan xüsusi bölmə yaradıldı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S.Komitasın (Soqomonyanın) şagirdi S.Məlikyan rəhbərlik edirdi. Çoxsaylı erməni tədqiqatlarında "Erməni musiqisinin dahisi" kimi təqdim olunan S.Komitasın özü isə 1959-cu ildə çapdan çıxmış "Ensiklopedik musiqili lüğət"ə uyğun olaraq, dini musiqi ilə aludəçilikdən savayı, üç mindən artıq mahnını yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri "Yes keza tesa" adı altında erməni xalq mahnısı kimi verilmiş çox gözəl qədim Azərbaycan mahnısı "Sarı gəlin"dir ("Etnoqrafik toplu", c. 1, № 56). Başqa mahnılar sırasında o da S.Məlikyan tərəfindın Komitasın "Etnoqrafik toplusu"nda şərhlə nəşr olunmuşdur. Bu kompilyasiya "SSRİ xalqları musiqisi tarixi"- ndə (c. 1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K.Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilmişdir. Bu musiqi oğurluğunun təkrarlanması ilə indi də qarşılaşırıq: həm müxtəlif xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdirilir ki, bu, "erməni xalq mahnısı"dır. Misal üçün, bu yaxınlarda "Avropa musiqi toplusu" tərtib olunarkən ermənilər bu musiqi incisini növbəti dəfə erməni mahnısı kimi keçirməyə nail olmuşlar. İnanılmazdır, ancaq faktdır ki, nə tərtibçilər və naşirlər, nə də bu mahnını təqdim edən ermənilər "Sarı gəlin" anlayışının etimologiyası ilə tanış olmamışlar. "Sarı gəlin" sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası vardır. Azərbaycan dilində "gəlin" "gəlmək" felindən yaranmışdır, "sarı" isə "bizə doğru", deməli, "bizə doğru gələn gəlin" deməkdir. Beləliklə də, "Avropa musiqi toplusu"nda erməniləşdirilmiş "Sarı gəlin" "Sarı rəngli gəlin" kimi qalmışdır. Hələ onu demirik ki, bənzərsiz "neylim-neylim" nəqarəti ("mən nə edim?" mənasında) bu nəşrdə latın hərflərində Azərbaycan dilində saxlanmışdır. Hər bir azərbaycanlıya aydın olan bu sözlərin mənası erməni plaqiatçılar üçün əlçatmaz olmuşdur. Onu da qeyd etmək lazımdır ki, erməni musiqisinin banisi Komitasın bu mahnının adını erməniləşdirmək cəhdləri əbəs olmuşdur. Ermənilər bu mahnını Azərbaycan orijinalında olduğu kimi "Sarı gəlin" adı ilə təqdim edir və oxuyurlar".

Qeyd edək ki, Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsəməsi ilə bağlı hər bir fakt Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq izlənilir, araşdırılır və mənimsənilən mahnıların müəlliflərinin və ya onların vərəsələrinin pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilir. Hər bir fakt üzrə Agentlikdə araşdırmalar aparılaraq, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, mediada yayılır.

Rəşanə İsamqızı

Xəbər Lenti

Hava ilə bağlı əhaliyə xəbərdarlıq10.01.2026 - 18:00
Azərbaycan dövlətinin ana dili dərsləri və Akademiyanın vəzifələri10.01.2026 - 17:49
Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib10.01.2026 - 17:36
UNEC Voleybol komandası Yüksək Liqada növbəti qələbəsini qazandı!10.01.2026 - 17:21
Azərbaycan və Albaniyanın Elmlər akademiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq10.01.2026 - 17:14
UNEC nümayəndələri üçün Özbəkistanda ‘International Winter School’ proqramında iştirak imkanı10.01.2026 - 17:08
Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb10.01.2026 - 16:54
Tanınmış alim Mustafa Qarayev vəfat edib10.01.2026 - 16:36
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb10.01.2026 - 16:20
Bu il bu müəllimlər ilk dəfə sertifikatlaşdırmaya cəlb olunacaq10.01.2026 - 16:05
UNEC-in prorektoru dosent Şaiq Əsgərovun 60 illik yubileyi qeyd olunur10.01.2026 - 15:50
Təhsil sənədləriniz artıq “mygov”da10.01.2026 - 15:35
“Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi - Fotolar10.01.2026 - 15:18
Agentlik "Sarı gəlin"in erməni mahnısı kimi təqdim olunması barədə: "Şur-Şahnaz" ancaq Azərbaycana aiddir10.01.2026 - 15:03
AMEA-da yeni təyinatlar və yeni şöbələr10.01.2026 - 14:48
“İRS" beynəlxalq jurnalı ingilis və fransızdilli oxuculara nədən bəhs edir?10.01.2026 - 14:33
Sayalı Sadıqova: ''Afad Qurbanovun əsərləri dilçilik elminin inkişafında mühüm mərhələdir''10.01.2026 - 14:26
Azərbaycanda bəzi tarixi-mədəniyyət abidələrinin adları bərpa edilib10.01.2026 - 14:18
Arzu və Alena Əliyevalar sığınacaqda - Fotolar10.01.2026 - 14:12
Gəncədə yeniyetmə bıçaqlanıb10.01.2026 - 14:03
Yerə yaxın planetlərin paradının tarixi açıqlandı10.01.2026 - 13:49
Musiqi müəllimlərinin NƏZƏRİNƏ: sertifikasiya mövzuları açıqlanıb10.01.2026 - 13:33
Daşkənd Dövlət Texniki Universitetinin nümayəndələri ADNSU-da olublar10.01.2026 - 12:17
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq10.01.2026 - 12:01
Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmənin son vəziyyəti açıqlanıb10.01.2026 - 11:47
13 yaşlı qız dəm qazından zəhərləndi10.01.2026 - 11:30
Avropada itkin dinozavrlar növü tapıldı10.01.2026 - 11:08
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri - Maraqlı STATİSTİKA10.01.2026 - 10:50
Azərbaycanda professor vəfat edib - FOTO10.01.2026 - 10:32
"Ən uğurlu regional təhsil idarəsi" - sorğu DAVAM EDİR10.01.2026 - 10:17
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib10.01.2026 - 10:01
Yeni və rekord sürətli asteroid aşkarlandı10.01.2026 - 09:46
BMU Çinin universiteti ilə ikili diplom müqaviləsi imzaladı10.01.2026 - 09:30
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ10.01.2026 - 09:16
Salyan 4 nömrəli tam orta məktəbdə metodiki görüş keçirilib10.01.2026 - 09:00
Astara şəhər bir saylı məktəbdə şəhid övladına dəstək ziyarəti olub 10.01.2026 - 08:42
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində İngilis dili dərsi dinlənilib10.01.2026 - 08:36
Astara şəhərində Üzeyir Hacıbəyli 140 illik yubileyi qeyd olundu10.01.2026 - 08:18
2018-ci il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunub10.01.2026 - 08:00
Azərbaycanda 2017-ci il "İslam həmrəyliyi ili" elan olunub10.01.2026 - 07:42
2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib10.01.2026 - 07:24
Dənizkənarı Bulvar İdarəsinin yaradılmasından 16 il ötür10.01.2026 - 07:06
İctimai Radionun yaradılmasından 18 il ötür10.01.2026 - 06:54
Space TV-nin yaradılmasından 29 il ötür10.01.2026 - 06:36
1992-ci il, Azərbaycan Beynəlxalq Bankı yaradıldı10.01.2026 - 06:18
Mingəçevir Su Elektrik Stansiyasının işə salınmasından 72 il ötür10.01.2026 - 06:00
Şixəli Dadaşov: Neftçi və SSRİ Dövlət Mükafatı Laureatı10.01.2026 - 05:42
Azərbaycanın sabiq rəhbəri və sovet diplomatı Əbdürrəhman Vəzirovun vəfatının ildönümüdür10.01.2026 - 05:24