Kembric Universitetinin Trinity Hall kollecinin elit özəl məktəblərdən tələbə qəbulunu hədəfləyən yeni siyasəti ciddi tənqidlərə səbəb olub.
"Tehsil365" xəbər verir ki, Siyasətə qarşı çıxanlar arasında Kembric məzunu və sabiq baş nazirin mətbuat katibi Alastair Campbell də var.
Campbell və bir sıra sosial mobillik üzrə fəaliyyət göstərən xeyriyyə təşkilatları kollec rəhbərliyini bu siyasəti dərhal dayandırmağa çağırıblar. Onlar bildirirlər ki, bu yanaşma sosial ədalət prinsiplərinə ziddir və imkansız, lakin istedadlı tələbələrin qarşısını kəsə bilər.
Tənqidçilər Trinity Hall-ın yalnız elit özəl məktəblərlə əməkdaşlıq etməsini "əxlaqsız və ayrı-seçkilik yaradan" bir addım kimi qiymətləndiriblər. Sosial mobillik tərəfdarları bu siyasətin dövlət təhsilli tələbələrin hüquqlarını pozduğunu və universitetin bərabər imkanlara dair öhdəliklərinə zidd olduğunu vurğulayırlar.
Kollec hələlik bu məsələyə rəsmi cavab verməyib, lakin mövzu ictimai və akademik dairələrdə geniş rezonans doğurub.

