Bu gün, 10 yanvar 2026-cı il, Azərbaycanın enerji tarixində mühüm hadisələrdən biri — Mingəçevir Su Elektrik Stansiyasının (SES) istismara verilməsinin 72-ci ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1954-cü ilin 10 yanvarında istifadəyə verilən Mingəçevir SES, ölkəmizdə iri energetika layihələrinin başlanğıcı kimi tarixə düşüb. Kür çayı üzərində inşa edilən bu nəhəng enerji obyektinin qurulması ilə Azərbaycan energetikasında yeni mərhələ başlayıb. O dövrdə SSRİ miqyasında ən iri su elektrik stansiyalarından biri sayılan Mingəçevir SES, sənaye, kənd təsərrüfatı və şəhər təsərrüfatının elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb.
Stansiyanın yaradılması həm də ölkənin texniki və mühəndis potensialının gücləndirilməsinə təkan verib, Mingəçevir şəhərinin inkişafına zəmin yaradıb. Hazırda da Mingəçevir SES ölkənin enerji sistemində əhəmiyyətli yer tutur.
Bu əlamətdar gün münasibətilə Mingəçevir SES-in yaradılmasında əməyi olan bütün mütəxəssislərin və əməkçilərin xatirəsi ehtiramla yad olunur.

