Bu gün, 10 yanvar 2026-cı il, Azərbaycanın maliyyə sistemində mühüm yer tutan qurumlardan biri — Azərbaycan Beynəlxalq Bankının (ABB) yaradılmasından 34 il ötür.
"Tehsil365" xəbər verir ki, 1992-ci il yanvarın 10-da təsis edilən ABB, ölkənin müstəqillik dövründə qurulan ilk və ən iri kommersiya banklarından biri kimi fəaliyyətə başlayıb. Bankın yaradılması Azərbaycan iqtisadiyyatında bazar münasibətlərinə keçid prosesində mühüm rol oynayıb, maliyyə və bank sektorunun formalaşmasına ciddi töhfələr verib.
Azərbaycan Beynəlxalq Bankı bu illər ərzində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı maliyyə tərəfdaşı kimi tanınıb. Korporativ və fərdi bank xidmətləri sahəsində qabaqcıl texnologiyalara əsaslanan innovativ həllər təqdim edən ABB, Azərbaycanın aparıcı dövlət bankı statusunu qoruyub saxlayır.
Bankın yubileyi münasibətilə qurumun fəaliyyətində əməyi olan bütün əməkdaşlara təşəkkür edilir və ABB-yə gələcək fəaliyyətində uğurlar arzulanır.

