2008-ci il 10 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncama əsasən, Bakı şəhərində Dənizkənarı Bulvar İdarəsi yaradıldı.
"Tehsil365" xəbər verir ki, Bu idarənin yaradılması, paytaxtın simvollarından biri olan Bakı bulvarının daha səmərəli idarə olunması, qorunması və inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Dənizkənarı Bulvar İdarəsi yaradıldıqdan sonra ərazidə genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparıldı. Tarixi və mədəni əhəmiyyətə malik bu məkanda müasir infrastruktur quruldu, yaşıllıqlar genişləndirildi, yeni istirahət zonaları, attraksionlar və ictimai obyektlər istifadəyə verildi.
Bu gün Bakı Bulvarı yalnız paytaxt sakinlərinin deyil, həm də ölkəyə gələn turistlərin sevimli məkanlarından biridir. Onun bu səviyyəyə çatmasında Dənizkənarı Bulvar İdarəsinin rolu danılmazdır.
16 illik fəaliyyətini qeyd edən quruma uğurlar arzulayırıq!

