09 yanvar 2026-cı il tarixində Astara şəhər Ş. Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə xüsusi tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirdə məktəb müəllimləri, şagirdlər və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Yubiley mərasimində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, Azərbaycan musiqisindəki əvəzsiz rolu, onun milli mədəniyyətə verdiyi töhfələr barədə geniş məlumat verilib.
Şagirdlər bəstəkarın məşhur əsərlərindən nümunələr ifa edərək onun sənət irsinə hörmətlərini bildiriblər. Tədbir ərzində Üzeyir Hacıbəylinin musiqi irsinin gənc nəslə çatdırılması, onun yaradıcılığının təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu cür tədbirlər milli mədəniyyətimizin inkişafına xidmət edir və dahi sənətkarların xatirəsinin yaşadılmasına böyük töhfədir.

