7 yanvar 2026-cı il tarixində İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində VI sinifdə İngilis dili fənnindən dərs dinləmə keçirilib. Dərsi müəllim G. Aidə aparıb.
"Tehsil365" xəbər verir ki, Dərs zamanı şagirdlərin mövzu ilə bağlı bilik və bacarıqları yoxlanılıb, onların fəallığı və dərsə marağı müşahidə olunub.
Müəllim G. Aidə dərsi müasir tədris metodlarından istifadə edərək interaktiv şəkildə təşkil edib, şagirdlərin dil bacarıqlarının inkişafına xüsusi diqqət göstərib. Həmçinin, müəllim dərsin planına uyğun olaraq qrammatika, lüğət və danışıq bacarıqlarının təkmilləşdirilməsi üzərində çalışıb.
Dərs dinləmə zamanı məktəb rəhbərliyi və metodist heyəti tərəfindən dərsin keyfiyyəti qiymətləndirilib, müəllimə tədris prosesində uğurlar arzulayıb və gələcək fəaliyyətində yeni yanaşmalar tətbiq etmək tövsiyə olunub.
Bu cür dərs dinləmələri təhsil keyfiyyətinin artırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli addımlardan biridir. Məktəbdə müntəzəm olaraq keçirilən bu tədbirlər şagirdlərin biliklərinin sistemli şəkildə yoxlanılmasına və tədrisin səmərəli təşkilinə xidmət edir.

