Gəncədə bıçaqlanan 16 yaşlı gəncin vəziyyəti açıqlanıb.
“Tehsil365” xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat yayıb.
Bildirilib ki, yanvarın 10-u saat 02:30-da 2010-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
"Sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb". (Mənbə: Oxu.az)

