Təhsil 365 - Logo Mobile

Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq

7910.01.2026 - 12:01
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq

Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur.

Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.

Tehsil365”in məlumatına görə, yeni Qaydalara əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavə olunan sənədlər rəqəmsal formatda formalaşdırılacaq və hüquqi qüvvəyə malik olacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin təqdim edilməsi prosesi tam rəqəmsal müstəviyə keçəcək.

Vətəndaşlar təhsil haqqında sənədlərini "mygov" platforması üzərindən təqdim edə biləcək və bu sənədlər tam hüquqi qüvvəyə malik olacaqdır. Bunun üçün "mygov" platformasında "Xidmətlər" bölməsindən "Təhsil" kateqoriyasını seçərək müvafiq məlumat və sənədlərə çıxış əldə etmək mümkün olacaqdır. Bundan əlavə, vətəndaşlar təhsil məlumatlarını "mygov" tətbiqi üzərindən QR kod vasitəsilə paylaşa, həmçinin sənədləri PDF formatında yükləyə bilərlər. Tətbiqdə yer alan "Paylaşdığım məlumatlarım" bölməsi vasitəsilə isə təhsil məlumatlarının nə vaxt, kimlə və hansı platformada paylaşıldığına dair tarixçəni izləmək mümkündür.

Bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində bir sıra təhsil məlumatları rəqəmsallaşaraq "mygov"-a inteqrasiya olunub. Hazırda platforma üzərindən diplom və xarici diplom məlumatları, tələbə bileti, tələbə və məzun statusu, xaricdə təhsil üzrə Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil məlumatları, peşə və ümumi təhsil sənədləri, cari ali və orta ixtisas təhsili, cari ümumi təhsil haqqında məlumatlar, eləcə də imtahana buraxılış vərəqəsi kimi sənəd və məlumatlar vətəndaşlara təqdim olunur. Sənəd və məlumatların əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi və platforma üzərindən daha çox təhsil məlumatının əlçatan edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

"mygov" mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store

Rəşanə İsamqızı

Xəbər Lenti

Futbol turnirində Elxan Məmmədov məktəbinin 5-ci sinif qız komandası birinci oldu11.01.2026 - 09:00
"Məktəbimizin Gənc Diplomatları" Qrant layihəsinin açılış mərasimi keçirilib11.01.2026 - 08:42
İşdən çıxarılan professora 500,000 dollar ödəyəcək11.01.2026 - 08:36
Professor platonun dərs keçməməsi haqqında xəbərdarlıq edib11.01.2026 - 08:18
ICE toqquşmaları səbəbindən 2 gün bağlanıb11.01.2026 - 08:00
Nazirlərdən MAT-ların tərkibi ilə bağlı müzakirələri həll etmələri tələb olunur11.01.2026 - 07:42
2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub11.01.2026 - 07:24
2016-cı ilin “Multikulturalizm ili” elan olunmasından 10 il ötür11.01.2026 - 07:06
Azərbaycan ilə Uruqvay arasında diplomatik münasibətlərin qurulmasından 31 il ötür11.01.2026 - 06:54
Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasından 32 il ötür11.01.2026 - 06:36
"Səs" qəzetinin ilk nəşrindən 33 il ötür11.01.2026 - 06:18
Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis olunmasından 61 il ötür11.01.2026 - 06:00
Azərbaycan şahmatının parlaq ulduzu – Vüqar Həşimovun xatirəsi anılır11.01.2026 - 05:42
Azərbaycan musiqisinin tanınmış siması – Əliağa Quliyev11.01.2026 - 05:24
Azərbaycan teatr sənətinin tanınmış siması – Loğman Kərimov11.01.2026 - 05:06
Azərbaycan musiqisinin tanınmış siması – Əliağa Quliyev11.01.2026 - 04:54
Faiq Qarayev – Azərbaycan voleybolunun canlı əfsanəsi11.01.2026 - 04:36
Fuad Musayev – Azərbaycanın görkəmli ictimai-siyasi və idman xadimi11.01.2026 - 04:18
Azərbaycan fotojurnalistikasının tanınmış siması – Hüseyn Hüseynzadə11.01.2026 - 04:00
Hava ilə bağlı əhaliyə xəbərdarlıq10.01.2026 - 18:00
Azərbaycan dövlətinin ana dili dərsləri və Akademiyanın vəzifələri10.01.2026 - 17:49
Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib10.01.2026 - 17:36
UNEC Voleybol komandası Yüksək Liqada növbəti qələbəsini qazandı!10.01.2026 - 17:21
Azərbaycan və Albaniyanın Elmlər akademiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq10.01.2026 - 17:14
UNEC nümayəndələri üçün Özbəkistanda ‘International Winter School’ proqramında iştirak imkanı10.01.2026 - 17:08
Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb10.01.2026 - 16:54
Tanınmış alim Mustafa Qarayev vəfat edib10.01.2026 - 16:36
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb10.01.2026 - 16:20
Bu il bu müəllimlər ilk dəfə sertifikatlaşdırmaya cəlb olunacaq10.01.2026 - 16:05
UNEC-in prorektoru dosent Şaiq Əsgərovun 60 illik yubileyi qeyd olunur10.01.2026 - 15:50
Təhsil sənədləriniz artıq “mygov”da10.01.2026 - 15:35
“Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi - Fotolar10.01.2026 - 15:18
Agentlik "Sarı gəlin"in erməni mahnısı kimi təqdim olunması barədə: "Şur-Şahnaz" ancaq Azərbaycana aiddir10.01.2026 - 15:03
AMEA-da yeni təyinatlar və yeni şöbələr10.01.2026 - 14:48
“İRS" beynəlxalq jurnalı ingilis və fransızdilli oxuculara nədən bəhs edir?10.01.2026 - 14:33
Sayalı Sadıqova: ''Afad Qurbanovun əsərləri dilçilik elminin inkişafında mühüm mərhələdir''10.01.2026 - 14:26
Azərbaycanda bəzi tarixi-mədəniyyət abidələrinin adları bərpa edilib10.01.2026 - 14:18
Arzu və Alena Əliyevalar sığınacaqda - Fotolar10.01.2026 - 14:12
Gəncədə yeniyetmə bıçaqlanıb10.01.2026 - 14:03
Yerə yaxın planetlərin paradının tarixi açıqlandı10.01.2026 - 13:49
Musiqi müəllimlərinin NƏZƏRİNƏ: sertifikasiya mövzuları açıqlanıb10.01.2026 - 13:33
Daşkənd Dövlət Texniki Universitetinin nümayəndələri ADNSU-da olublar10.01.2026 - 12:17
Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmənin son vəziyyəti açıqlanıb10.01.2026 - 11:47
13 yaşlı qız dəm qazından zəhərləndi10.01.2026 - 11:30
Avropada itkin dinozavrlar növü tapıldı10.01.2026 - 11:08
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri - Maraqlı STATİSTİKA10.01.2026 - 10:50
Azərbaycanda professor vəfat edib - FOTO10.01.2026 - 10:32