Təhsil 365 - Logo Mobile

AMEA-da yeni təyinatlar və yeni şöbələr

10310.01.2026 - 14:48
AMEA-da yeni təyinatlar və yeni şöbələr

Yanvarın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilib.

‘‘Tehsil365’’ bildirir ki, bu barədə Tehsil.biz-ə AMEA-dan məlumat verilib.

İclasda ilk olaraq AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində elmin inkişafı ilə əlaqədar çağırışları və Milli Elmlər Akademiyasının vəzifələri” mövzusunda məruzəsi dinlənilib.

Sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın hazırlanması haqqında müvafiq qərar qəbul edilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının “Elektron xidmətlər” şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün ölkəmizdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirilir. Dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl olaraq “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərman imzalanıb. AMEA-nın Rəyasət Heyətinin aparatında 2023-cü ilin yanvar ayında “Elektron Akademiya” şöbəsinin yaradıldığını deyən akademik İsa Həbibbəyli ötən müddətdə rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza atıldığını bildirib. 2025-ci ilin sentyabrında Elektron Akademiya şöbəsinin adı Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsi olaraq dəyişdirilib və bundan irəli gələrək elmi müəssisələrdəki müvafiq şöbələrdə də dəyişiklik zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın elmi-tədqiqat müəssisələrində Rəqəmsal elm sahəsi və süni intellekt, regionlarda yerləşən elmi bölmə və mərkəzlərdə isə Rəqəmsallaşma və süni intellekt şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb.

Filologiya elmləri doktoru İsmayıl Məmmədli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərov Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Lalə Qurbanova Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgərov Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov həmin mərkəzin Tarix və epiqrafika şöbəsinin müdiri və Elşən Abdurahmanov həmin mərkəzin Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri vəzifəsinə təsdiq ediliblər.

İclasda həmçinin akademik İsmayıl Hacıyevin 75, akademik Əbdülvahab Salamzadənin 110, akademik Səməd Vurğun Vəkilovun 120, AMEA-nın müxbir üzvü Böyükağa Hüseynovun 100 və AMEA-nın müxbir üzvü Yaşar Qarayevin 90 illiyi haqqında qərarlar qəbul olunub.

Akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, akademik Adil Qəribov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professorlar Zemfira Hacıyeva, Nadir Məmmədli, Məsud Mahmudov, filologiya elmləri doktorları Hikmət Quliyev, Mayıl Əsgərov, texnika elmləri doktoru Hüseyn Hüseynov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək qeyd olunan məsələlərə dair fikir və təkliflərini bildiriblər.

Səma Qarayeva

Xəbər Lenti

Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00
"İmtahan dövründə psixoloji dəstək vacibdir" - Validə Tağıyeva04.03.2026 - 09:55
“Dərslərdə öyrəndiklərim mənə gündəlik həyatda kömək edir” - Yusif Quliyev 04.03.2026 - 09:45
Uşaqların psixoloji sağlamlığı məktəbdə düzgün dəstəkdən asılıdır - Arzu Fərəcova04.03.2026 - 09:35
Azərbaycan Universitetləri - ARAŞDIRMA 04.03.2026 - 09:25
"Məktəb fobiyası uşaqların təhsilinə təsir edir" - Psixoloq Fəridə Qulamova04.03.2026 - 09:15
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal04.03.2026 - 09:05
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR04.03.2026 - 09:02
EATDA-da "ZEISS" şirkətinin təmsilçisi ilə görüş keçirilib04.03.2026 - 09:00
Gözə xeyir olan təbii qidalar04.03.2026 - 08:55
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?04.03.2026 - 08:48
Nazir yeni təyin olunan məktəb direktorları ilə görüşüb04.03.2026 - 08:38
5 dəqiqəlik yuxu sağlamlıq üçün faydalıdır04.03.2026 - 08:30
Bu içkilər yaddaşı möhkəmləndirir04.03.2026 - 08:20
24 saata qripdən sağalmağın qızıl qaydası04.03.2026 - 08:14
"ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 08:05
ARTİ-nin üç əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib04.03.2026 - 07:56
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat04.03.2026 - 07:48
Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?04.03.2026 - 07:40
Sağlamlıq İdmançılar ramazanda necə qidalanmalıdır?04.03.2026 - 07:33
Alimlər ağciyər xərçənginin zəif tərəfini tapıb04.03.2026 - 07:25
Günəşdə nəhəng plazma atılması qeydə alınıb04.03.2026 - 07:16
Bu günün hava proqnozu 04.03.2026 - 07:08
Valideyn Şikayətləri Üçün Yeni Rəqəmsal Platforma Təklif Edilir04.03.2026 - 07:00
Hökumət Geridə Qalan Bölgələrdə Təhsil Nəticələrini Yaxşılaşdırmaq Üçün Yeni Proqramlar Başladır04.03.2026 - 06:36
Məktəblərin Maaş Artımı Məhdud Qalacaq: Təhsil Nazirliyi Hesablamalarını Açıqladı04.03.2026 - 06:18
2008-ci il Ağdərə toqquşması04.03.2026 - 06:00
Elçin Həmidov — Sevilən sənətkarın xatirəsi anılır04.03.2026 - 05:42
İrina Zaretska — Olimpiya mükafatçısı və çoxqat oyunlar çempionu04.03.2026 - 05:18
Nail Nəriman oğlu İbrahimli — Qəhrəman sərhədçinin xatirəsi anılır04.03.2026 - 05:06
Andrey Popoviç — Ukrayna əsilli azərbaycanlı qapıçı karyerasını Qırğızıstanda davam etdirir04.03.2026 - 04:54
Rafael Ağayev — Azərbaycan karate məktəbinin canlı əfsanəsi04.03.2026 - 04:36
Vüqar Əhməd oğlu Ağayev — Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılır04.03.2026 - 04:18
Elşad Saday oğlu Əhədov — Azərbaycanın Milli Qəhrəmanı anılır04.03.2026 - 04:00
Milli Kitabxanada “Xalq şairi Hökümə Billuri -100” adlı kitab sərgisi açılıb03.03.2026 - 19:50
Bakı metropoliteninin qrafikində DƏYİŞİKLİK03.03.2026 - 19:40
Nəsimi” operasının ilk dəfə süni zəka ilə hazırlanmış səhnə tərtibatı03.03.2026 - 19:32
Cəmilə Haşımovanın gözəllik və harmoniya dünyası Milli Xalça Muzeyində03.03.2026 - 19:24
Bağlanan özəl universitetin binası BDU-ya verildi03.03.2026 - 19:18
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib03.03.2026 - 19:14
Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib03.03.2026 - 19:12
“Rəqəmsal təhsil ənənəvi təhsili əvəz edə bilərmi?” – Ekspert rəyi03.03.2026 - 19:06