Təhsil 365 - Logo Mobile

“Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi - Fotolar

10610.01.2026 - 15:18
“Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi - Fotolar

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərə başlanılıb.

Tehsil365” xəbər verir ki, tədbirdə 50-yə yaxın media nümayəndəsi iştirak edir.

Təlimə ölkənin tanınmış dilçi-alimləri, media üzrə mütəxəssisləri və ustad jurnalistlər cəlb olunublar.

Teleradio Akademiyasının rektoru Almaz Mahmud bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışında, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində jurnalistlər qarşısında qoyduğu məsələlərdən irəli gələrək Teleradio Akademiyası həmin qərarı alıb: “Məqsəd mediada Azərbaycan dilinin qorunması məsələsinə xüsusi diqqət çəkmək, çatışmazlıqları həll etməkdir. Jurnalistika daim təkmilləşməyə ehtiyacı olan bir sahədir və bu baxımdan belə təlimlərin keçirilməsi vacibdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli həmin təşəbbüsü yüksək qiymətləndirib. Azərbaycan dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli kimliyimizin əsas dayaqlarından biri olduğunu diqqətə çatdırıb.

Məşhur diktor, Əməkdar artist Nərgiz Cəlilova vurğulayıb ki, Akademiyada dəfələrlə keçirilən təlimlər məhz qeyd olunan boşluqların aradan qaldırılmasına xidmət edir və həmin təşəbbüs yüksək dəyərləndirilməlidir. Nərgiz Cəlilova Azərbaycan dilinin qorunması istiqamətində atılan addımlara görə Teleradio Akademiyasına təşəkkür edib.

“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin sədr müavini Rafiq Həşimov isə Azərbaycan dilinin zənginliyinə diqqət çəkib. Ulu Öndər Heydər Əliyevin uzunmüddətli çıxışlarla auditoriyanı cəlb etmək bacarığını, Prezident İlham Əliyevin də bu ənənəni uğurla davam etdirdiyini xüsusi vurğulayıb. Əlavə edib ki, bu cür görüş və təlimlər media nümayəndələri üçün faydalı olacaq.

“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin sədr müavini İlhamə Hüseynova, Bakı Dövlət Universitetin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, “Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin Xarici əlaqələr şöbəsinin rəhbəri Vüsalə Həbibova təlimdə çıxış edən iştirakçıların hər birinə uğurlar arzulayaraq bildiriblər ki, bu proqram onlar üçün uğurlu və faydalı nəticələrlə yadda qalacaq. Təlim peşəkar inkişaf baxımından iştirakçılara mühüm töhfə verəcək.

Təlim 3 ay davam edəcək. Proqramın sonunda nəticə monitorinqlər vasitəsilə dəqiqləşdiriləcək. Təlim prosesini başa vuranlara sertifikatlar veriləcək.

 


 


 


 


 


 

Səma Qarayeva

Xəbər Lenti

İngilis dili tədrisində əsas problemlər – Müəllimə açıqladı19.03.2026 - 19:08
Azərbaycan dili fənnində mövcud problemlər – Müəllimə ilə müsahibə19.03.2026 - 19:05
Şeir və gənclərin emosional inkişafı – Şairlə müsahibə19.03.2026 - 19:02
Şirin qidaların azaldılması sağlamlığa təsir etmir 19.03.2026 - 18:56
Bəzi rayonlarda külək güclənəcək19.03.2026 - 18:54
Daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb19.03.2026 - 18:48
Bakı İllüziya Muzeyi - reallıqla illüziyanın kəsişdiyi məkan19.03.2026 - 18:45
Yazın Azərbaycana daxilolma vaxtı AÇIQLANDI19.03.2026 - 18:44
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Gürcüstan səfirliyində başsağlığı veriblər19.03.2026 - 18:40
11 yaşlı uşaq kənd təsərrüfatı qəzasında həyatını itirdi19.03.2026 - 18:38
Wi-Fi-ni hakerlərdən qorumaq üçün 10 dəqiqəlik prosedur19.03.2026 - 18:35
Buraxılış imtahanı iştirakçıları üçün SORĞU19.03.2026 - 18:32
Prezident Ramazan bayramı münasibətilə xalqı təbrik edib19.03.2026 - 18:26
Şəkidə Novruz şənliyi - Milli adət-ənənələr gənc nəslə təbliğ olunur19.03.2026 - 18:22
Həkimdən mühüm məsləhət: Bu idman növü ömrü uzadır19.03.2026 - 18:20
Bahar fəsli Kürdəmirdə coşqu ilə qarşılanır: Novruz tonqalı qalandı19.03.2026 - 18:17
Gənc yaşda yaddaş problemlərinin gizli səbəbləri19.03.2026 - 18:15
Novruz bayramı Aberdində qeyd olunur19.03.2026 - 18:11
Tələbə yataqxanaları ilə bağlı konkret təkliflər təqdim ediləcək - Nicat Məmmədli19.03.2026 - 18:10
“Baharın rəngləri”ndə uşaqlar çıxış ediblər19.03.2026 - 18:06
Şagirdlərin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici sessiya keçirilib19.03.2026 - 18:05
Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına uşaq qayğı mərkəzlərinin rolu haqqında məlumat verilib19.03.2026 - 18:02
“Texniki fənlər mənim üçün daha rahatdır” – Nizami rayon Zəngi lisey şagirdi Heybət Əzizli ilə müsahibə19.03.2026 - 17:55
Akademik saxtakarlığa qarşı qaydalar sərtləşdirilir19.03.2026 - 17:55
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert19.03.2026 - 17:54
Tarixi səhnədə Novruz: Romada Azərbaycan mədəniyyətinin ecazkar təqdimatı19.03.2026 - 17:48
Profilə uyğun olmayan yazılarda müəllifliyə icazə verilməyəcək – Yeni qayda 19.03.2026 - 17:45
İndoneziyanın Atma Jaya Universitetində təqaüdlə təhsil imkanı19.03.2026 - 17:44
Bayram tətilindən sonra ilk dərs günü tarixləri açıqlanıb19.03.2026 - 17:38
Elmi mühitdə etik qaydalara nəzarət artırılır19.03.2026 - 17:35
BDU-da təlim: “Web of Science” platformasında tədqiqat analitikası19.03.2026 - 17:33
Azərbaycan Dillər Universitetinin tələbəsi Əhmədzadə Ebru jurnalistika haqqında danışdı19.03.2026 - 17:31
DİM buraxılış imtahanları iştirakçıları arasında sorğu aparır19.03.2026 - 17:29
Böyük Bəhmənli kənd məktəbində “Kimya gecəsi” təşkil olunub19.03.2026 - 17:25
Elm və təhsil: müasir çağırışlar - seminar19.03.2026 - 17:24
UNEC-də tələbələrin iştirakı ilə Novruz bayramı qeyd olunub19.03.2026 - 17:18
Akademik dürüstlüklə bağlı kodeks təsdiqləndi19.03.2026 - 17:15
ADU-da bayram şənliyi: Novruz tonqalı və Ramazan süfrəsi19.03.2026 - 17:14
Novruz bayramı xalqımızın mədəni irsini, birlik və həmrəylik ənənələrini əks etdirir19.03.2026 - 17:08
Regionda müəllim və tələbələr üçün güzəşt imkanları genişləndiriləcək19.03.2026 - 17:05
“Azercell” könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib19.03.2026 - 17:04
"Kompüter operatoru" ixtisası üzrə yarış keçirilib19.03.2026 - 17:00
Azərbaycanda şagirdlər üçün yeni layihəyə start verildi 19.03.2026 - 17:00
Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər arasında yarış keçirilib19.03.2026 - 16:55
“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir19.03.2026 - 16:53
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb19.03.2026 - 16:50
Azərbaycanda şagirdlər üçün yeni layihəyə start verildi19.03.2026 - 16:47
"Maarifçi" ilə bağlı maarifləndirmə sessiyası keçirilib19.03.2026 - 16:45