Təhsil 365 - Logo Mobile

Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb

10610.01.2026 - 16:20
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb

Çinin Hıbey əyaləti Beynəlxalq Peşəkar Mübadilə Assosiasiyası Azərbaycanın müvafiq elmi qurumları ilə yeni əlaqələr qurub birgə layihələr həyata keçirmək arzusundadır.

‘‘Tehsil365’’’’ xəbər verir ki, bu fikir assosiasiyanın fəxri sədri professor Ganq Yonqpinq və hazırkı sədri professor Çi Siaoyənin Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev ilə görüşündə səslənib. Görüşdə assosiasiyanın tarixi, hazırkı fəaliyyəti və beynəlxalq əlaqələri ilə bağlı geniş məlumat verilib.

Aqşin Əliyev iki ölkə arasında mövcud elm və təhsil əlaqələri haqqında geniş məlumat verərək bildirib ki, 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə iki səfərindən sonra ölkələrimiz arasında siyasi, iqtisadi-ticari və mədəni əlaqələrlə yanaşı, elm və təhsil əlaqələri də günü-gündən dərinləşir. Xüsusilə keçən ilin aprelində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” elmi təmasların daha geniş vüsət alması üçün mühüm zəmin yaradıb. Hazırda Azərbaycan və Çinin ali təhsil və elm ocaqları arasında elmi mübadilə intensiv xarakter daşıyır, elmi əlaqələri genişləndirmək prioritetlərdən birinə çevrilib.

Görüşdə iki ölkənin daha geniş formatda birgə elmi layihələr həyata keçirməsi üçün böyük potensial və imkanların olduğu vurğulanıb, bu məqsədlə assosiasiya rəhbərliyinin cari ildə Azərbaycana səfər etməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, 1988-ci ildə yaradılan Beynəlxalq Peşəkar Mübadilə Assosiasiyası əyalətin beynəlxalq elmi mübadilə siyasətini həyata keçirən əsas elmi qurumlardandır. Qurum indiyədək Rusiya, Belarus, İngiltərə, Kanada, Cənubi Afrika Respublikası və digər dövlətlərlə tibbi biologiya, kənd təsərrüfatı texnologiyaları, yeni materiallar, informasiya texnologiyası, ekologiya daxil olmaqla müxtəlif sahələr üzrə 200-dən çox elmi layihə həyata keçirib.

Səma Qarayeva

Xəbər Lenti

Günəşdə növbəti güclü partlayış baş verib17.03.2026 - 17:00
ADNSU-nun inkişaf planı gənc müəllimlərlə müzakirə edilib17.03.2026 - 17:00
ASAN AI Hub platformasında dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub17.03.2026 - 16:54
Peşə təhsili alanların sayı 40 faiz artıb - Nazir17.03.2026 - 16:50
İRİA “EPAM Azərbaycan” ilə birgə yeni “Karyera Mükəmməlliyi” proqramına start verir17.03.2026 - 16:48
“Expressbank”ın sponsorluğu ilə “ASAN xidmət”in 3-cü “RoboCode” düşərgəsi başa çatıb17.03.2026 - 16:42
Əmək Məcəlləsi və “Təhsil haqqında” qanuna dəyişikliklər 2-ci oxunuşda qəbul edildi17.03.2026 - 16:40
İstanbulda azərbaycanlı qadın rəssamların sərgisi açılacaq17.03.2026 - 16:36
Ən vacib məsələ peşə təhsili alan tələbələrin inkişafıdır - Emin Əmrullayev17.03.2026 - 16:30
Ölkədə təbii mineral müalicəvi içməli və balneoloji sulara dair yeni dövlət standart layihəsi hazırlanacaq17.03.2026 - 16:30
"TəhsilPlus" təqaüddə olan müəllimlərə də veriləcək?17.03.2026 - 16:20
“Bizim ailəmiz Türk dünyasıdır” - beynəlxalq elmi konfrans17.03.2026 - 16:18
“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb17.03.2026 - 16:12
ADNSU ilə Qazaxıstan universiteti əməkdaşlıq edəcək17.03.2026 - 16:10
“Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” - elmi seminar17.03.2026 - 16:05
DİM-in Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib17.03.2026 - 16:00
Belqrad Universitetində Azərbaycanın Novruz ənənələri təqdim olunub17.03.2026 - 15:53
BMU-da IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya17.03.2026 - 15:49
Azərbaycanlı yazıçı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib17.03.2026 - 15:42
Azərbaycanda fəaliyyət göstərən 2500 elmlər doktorundan 60-ı ADPU-da çalışır17.03.2026 - 15:36
Astronomlar: Kükürdlə boğulmuş atmosferə malik yad planet cəhənnəm mənzərəsini əks etdirir17.03.2026 - 15:30
Mədəni qastrol proqramının bu dəfəki ünvanı Laçın olub17.03.2026 - 15:24
Nabat Mirzəyeva: “Yuxu rejimi və düzgün qidalanma psixoloji sağlamlığın əsas dayaqlarıdır"17.03.2026 - 15:18
Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub17.03.2026 - 15:12
“Sosial jurnalistika” təliminin iştirakçılarına sertifikatlar təqdim edilib17.03.2026 - 15:06
Mətanət Əliyeva: “Affektiv vəziyyətlər çox vaxt dərin psixoloji amillərlə bağlıdır”17.03.2026 - 15:00
KƏRKİDƏ NOVRUZ ADƏTLƏRİ 17.03.2026 - 11:58
Hikmət Quliyev: Türk folklorunun sistemli öyrənilməsi və qorunması prioritet məsələlərdəndir17.03.2026 - 11:50
“Səma” rəqs ansamblı “Bahar sevinci” konsert proqramı ilə çıxış edib - FOTO17.03.2026 - 11:46
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub - FOTO17.03.2026 - 11:35
“Akinak” filmi kinoteatrlarda nümayiş olunacaq17.03.2026 - 11:29
Milli Kitabxanada “Şair - nasir Seyran Səxavət” adlı sərgi açılıb17.03.2026 - 11:18
BDU-da təlim: Fərdi potensialın kəşfi - FOTO17.03.2026 - 11:08
Bahar Gənclik Festivalı ADA icmasını bir araya gətirən və milli dəyərləri yaşadan ənənəyə çevrilib - FOTOLAR17.03.2026 - 10:59
Cənubi Qafqazda təhlükəsizlik Azərbaycan-Ermənistan münasibətləri müstəvisində: tarix və müasirlik - FOTO17.03.2026 - 10:48
Peşə tanınması üzrə imtahan keçirilib17.03.2026 - 10:36
Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin sayı açıqlandı 17.03.2026 - 10:25
Bu müəllimlərinin sertifikasiyası ilə bağlı detallar açıqlandı 17.03.2026 - 10:19
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi17.03.2026 - 10:10
Sabah hava necə olacaq? 17.03.2026 - 09:56
Bu məktəbin şagirdi dərsdən qaçarkən xəsarət aldı 17.03.2026 - 09:40
Sertifikasiyanın keçirilməsi ilə bağlı yeni TƏKLİF17.03.2026 - 09:30
Güclü maqnit qasırğası olacaq17.03.2026 - 09:20
Peşə təhsili alanların sayı bu qədər artıb 17.03.2026 - 09:09
Daha bir şəxs elmi dərəcə aldı17.03.2026 - 08:51
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək17.03.2026 - 08:42
Microsoft Copilot ilə tədris asanlaşır17.03.2026 - 08:31
Azərbaycanda professor vəfat edib17.03.2026 - 08:22