Təhsil 365 - Logo Mobile

Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb

10510.01.2026 - 16:20
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb

Çinin Hıbey əyaləti Beynəlxalq Peşəkar Mübadilə Assosiasiyası Azərbaycanın müvafiq elmi qurumları ilə yeni əlaqələr qurub birgə layihələr həyata keçirmək arzusundadır.

‘‘Tehsil365’’’’ xəbər verir ki, bu fikir assosiasiyanın fəxri sədri professor Ganq Yonqpinq və hazırkı sədri professor Çi Siaoyənin Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev ilə görüşündə səslənib. Görüşdə assosiasiyanın tarixi, hazırkı fəaliyyəti və beynəlxalq əlaqələri ilə bağlı geniş məlumat verilib.

Aqşin Əliyev iki ölkə arasında mövcud elm və təhsil əlaqələri haqqında geniş məlumat verərək bildirib ki, 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə iki səfərindən sonra ölkələrimiz arasında siyasi, iqtisadi-ticari və mədəni əlaqələrlə yanaşı, elm və təhsil əlaqələri də günü-gündən dərinləşir. Xüsusilə keçən ilin aprelində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” elmi təmasların daha geniş vüsət alması üçün mühüm zəmin yaradıb. Hazırda Azərbaycan və Çinin ali təhsil və elm ocaqları arasında elmi mübadilə intensiv xarakter daşıyır, elmi əlaqələri genişləndirmək prioritetlərdən birinə çevrilib.

Görüşdə iki ölkənin daha geniş formatda birgə elmi layihələr həyata keçirməsi üçün böyük potensial və imkanların olduğu vurğulanıb, bu məqsədlə assosiasiya rəhbərliyinin cari ildə Azərbaycana səfər etməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, 1988-ci ildə yaradılan Beynəlxalq Peşəkar Mübadilə Assosiasiyası əyalətin beynəlxalq elmi mübadilə siyasətini həyata keçirən əsas elmi qurumlardandır. Qurum indiyədək Rusiya, Belarus, İngiltərə, Kanada, Cənubi Afrika Respublikası və digər dövlətlərlə tibbi biologiya, kənd təsərrüfatı texnologiyaları, yeni materiallar, informasiya texnologiyası, ekologiya daxil olmaqla müxtəlif sahələr üzrə 200-dən çox elmi layihə həyata keçirib.

Səma Qarayeva

Xəbər Lenti

İllər əvvəlin Leyla və Arzusu... - FOTOLAR23.01.2026 - 14:48
131 direktor müsbət rəy alıb - Nəticələr açıqlandı23.01.2026 - 14:37
Tehranda məktəblər distant təhsilə keçir23.01.2026 - 14:25
Azərbaycan İdman Akademiyası “TələbəPlus”a qoşulub23.01.2026 - 14:13
“Cüdo məktəblərdə” layihəsinə start verilib23.01.2026 - 13:58
Azərbaycanda Brayl əlifbasında yeni kitablar nəşr olunub23.01.2026 - 13:49
“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb23.01.2026 - 13:35
Azərbaycan filmi Romada nümayiş olunub - FOTO23.01.2026 - 13:20
Milli Kitabxana tərəfindən Koha AKİS üzrə onlayn təlimlərə başlanılıb23.01.2026 - 13:09
Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşların müraciətini dinləyib - FOTO23.01.2026 - 12:55
DİM: 1074 taksi sürücüsü test imtahanından uğurla keçib23.01.2026 - 12:46
ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib - FOTO23.01.2026 - 12:34
Türkiyəli müəllim və şagirdlər BMU-da olublar23.01.2026 - 12:23
Son bir ildə BMU əməkdaşlarının Scopus indeksli məqalələrinin sayı iki dəfə artıb23.01.2026 - 12:11
Azərbaycanlı tələbələr FAO və Macarıstan hökumətinin təqaüd proqramında iştirak edə bilərlər23.01.2026 - 11:57
Dilçilik İnstitutu Afad Qurbanovun elmi irsi ilə bağlı sessiya keçirib - FOTO23.01.2026 - 11:45
“Müasir türk dillərinin ikidilli lüğəti” çap olunub23.01.2026 - 11:32
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir23.01.2026 - 11:21
Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər23.01.2026 - 11:10
Eksternat imtahanları ilk dəfə elektron qaydada keçiriləcək23.01.2026 - 10:57
Sabah hava necə olacaq? 23.01.2026 - 10:45
Metodist hazırlığı üçün MÜSABİQƏ KEÇİRİLİR23.01.2026 - 10:34
Böyük summativ qiymətləndirmələr davam edir23.01.2026 - 10:29
İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib - FOTO23.01.2026 - 10:18
Azərbaycan milli rəqs sənətinin görkəmli nümayəndəsi - Böyükağa Məmmədov23.01.2026 - 10:08
“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşləri keçiriləcək23.01.2026 - 09:56
BANM məşğulluq göstəricisinə görə liderdir23.01.2026 - 09:49
MDU-da İqtisadiyyat kafedrasına yeni müdir seçilib23.01.2026 - 09:39
Arzu Əliyevanın doğum günüdür23.01.2026 - 09:27
Təhsil tələbə krediti üzrə müraciət tarixləri elan olunub23.01.2026 - 09:16
Bu gün hava necə olacaq? 23.01.2026 - 09:06
Ekran qarşısında vaxt keçirməyin uşaqlara təsiri: “İnsan olmağın böyük bir hissəsini itiririk”23.01.2026 - 08:54
“Söhbət oxumağı nəfəs almaq qədər təbii etməkdən gedir”: Malori Blekman Milli Oxu İlini dəstəkləyir23.01.2026 - 08:36
İngiltərədə məktəbə yeni başlayan uşaqların əsas həyat bacarıqlarında çatışmazlıqlar artmaqdadır23.01.2026 - 08:18
Nurlan Həsənli ilə “Ssenaridə aktlar və keçidlər” mövzusunda görüş keçirilib23.01.2026 - 08:00
Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Pərviz Məmmədovun ssenari yaradıcılığı kurslarına start verilib23.01.2026 - 07:42
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində Böyük Summativ Qiymətləndirmə keçirilib23.01.2026 - 07:24
Böyük Summativ Qiymətləndirmə Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə keçirilib23.01.2026 - 07:06
Məktəbdə dahi bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib23.01.2026 - 06:54
Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin şagirdi idman uğuru qazandı23.01.2026 - 06:36
Qax rayonunda fənn birləşmələri üzrə açıq dərslər təşkil olunub23.01.2026 - 06:18
Qax rayonunda IV siniflərdə monitorinq keçirilib23.01.2026 - 06:00
2011-ci ildə “İnter Bakı” Birlik Kubokunun qalibi olub23.01.2026 - 05:42
Milli Qəhrəman Hikmət Muradovun xatirəsi ehtiramla yad edilir23.01.2026 - 05:24
Azərbaycan jurnalisti Nicat Məlikovun xatirəsi anılır23.01.2026 - 05:06
Televiziya işçisi və ssenarist Valid Sənaninin xatirəsi anılır23.01.2026 - 04:54
Film prodüseri Arzu Əliyevanın doğum günüdür23.01.2026 - 04:36
Azərbaycanın əməkdar jurnalisti Vahid Bağırovun xatirəsi anılır23.01.2026 - 04:18