Təhsil 365 - Logo Mobile

Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb

11110.01.2026 - 16:54
Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb

Yaddaşın semiotikası və zamanın poetik rekonstruksiyası

‘‘Tehsil365’’ bildirir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, akademik Kamal Abdullanın yeni nəşr olunan “Unutmağa kimsə var…” adlı xatirələr kitabı müasir Azərbaycan ədəbiyyatında memuar janrının imkanlarını köklü şəkildə dəyişən, yaddaş fenomenini bədii-estetik və elmi-nəzəri müstəvidə təqdim edən modern ədəbi nümunədir. Ədibin yeni kitabı klassik xatirəçilik ənənəsindən fərqli olaraq, keçmişin sadə təsviri ilə kifayətlənmir, zamanı mədəni kateqoriya, yaddaşı isə strukturlaşdırılmış mənalar sistemi kimi təqdim edir. Kitabda xatırlamaq prosesi sadəcə retrospektiv akt deyil, həm də özünü dərk etmənin, zamanı yenidən qurmağın və mənanı bərpa etməyin poetik forması kimi çıxış edir.


Xalq yazıçısı Kamal Abdulla kitabın əvvəlində yerləşdirilmiş “Giriş əvəzi” mətnində oxucu ilə birbaşa dialoqa girərək xatirələrin mahiyyətini aydın şəkildə müəyyənləşdirir. Müəllif açıq şəkildə bildirir ki, burada məqsəd yalnız şəxsi həyat hekayəsinin təqdimatı deyil, bir dövrün ruhunu ifadə etməkdir:


“Mənim əziz Oxucum, səninlə söhbətim təkcə bir adamla bağlı söhbət deyil. Həm də bu adamın həyat, ədəbiyyat, tarix, mədəniyyətlə bağlı düşündükləri, yaşadıqları, duyduqları barədə söhbətdir.”
Burada müəllif mövqeyi dəqiqliklə ifadə edilir: xatirələr fərdi talenin təsviri olmaqdan çıxaraq kollektiv mədəni yaddaşın daşıyıcısına çevrilir. Kamal Abdulla oxucunu ötən əsrin ortalarından başlayaraq müasir dövrümüzə qədər uzanan zaman xəttində gəzdirməklə, Azərbaycan elmi-ədəbi və mədəni mühitinin dəyişən mənzərəsini təqdim edir. Bu prosesdə yaddaş həm şəxsi refleksiya, həm də tarixi şüurun forması kimi çıxış edir.
Kitabın ideya-estetik əsasını yaddaş fenomeninin qeyri-xətti, fraqmentar və çoxqatlı quruluşu təşkil edir. Bu məqamı ön sözün müəllifi Azər Turan nəzəri dərinliklə izah edir, kitabı sırf xatirələr toplusu kimi deyil, Kamal Abdullanın yaradıcılıq poetikasının üzvi tərkib hissəsi kimi dəyərləndirir:


“Ol zamanların nostaljisi Kamal Abdullanın digər kitabları kimi, struktural təfəkkür poetikasında yazılmış, üslubunun parlaqlığı ilə göz qamaşdıran “Unutmağa kimsə var” kitabının da hər səhifəsində görünür. Lakin bu “ol zamanlar” hansı zamanlardır? Bunun semiotik mənasını, buradakı sirrini hansı sözlə, hansı işarə ilə izah etmək olar? Adətən keçənlərin nəqlindən ibarət olan memuarlardan fərqli olaraq, bu kitabdakı zaman sadəcə keçmiş zaman deyil, “ol zamanlar”dır, yəni kitab hansısa fərqli bir zamanın təfsirini verir”.
Bildirilir ki, burada “ol zamanlar” anlayışı xronoloji keçmiş kimi deyil, mədəni yaddaşın və kollektiv şüurun zaman ölçüsü kimi təqdim olunur. Beləliklə, “Unutmağa kimsə var…” klassik memuar janrının çərçivəsindən çıxaraq, zamanın semiotik interpretasiyasına çevrilir.


Azər Turan həmçinin vurğulayır ki, “ol zamanlar” Kamal Abdullanın bütün yaradıcılığı boyunca aparıcı üslub və düşüncə modelidir. Bu üslub “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Sirlərin sərgüzəşti”, “Unutmağa kimsə yox”, “Laokoon, Laokoon, yaxud bir romanın yazılma tarixçəsi” kimi əsərlərdə müxtəlif formalarda təzahür edir və mif, tarix, müasirlik triadasını vahid estetik sistemdə birləşdirir.
“Unutmağa kimsə var…” kitabının əsas üstünlüklərindən biri elmi təfəkkürlə bədii duyumun üzvi vəhdətidir. Müəllif alim kimliyindən irəli gələn analitik baxışı yazıçı həssaslığı ilə birləşdirərək xatirə janrına yeni keyfiyyət qazandırır. Burada yaddaş epizodları səbəb-nəticə əlaqələri daxilində təqdim olunur, fərdi hadisələr isə ümumiləşdirilmiş mədəni nəticələrə çevrilir. Nəticədə mətn təkcə xatirələr toplusu deyil, intellektual bioqrafiya və yaradıcılıq laboratoriyası funksiyasını daşıyır.


Kitabda dostluq və yoldaşlıq münasibətləri, elmi və ədəbi mühitdə yaşanan mənəvi sınaqlar, yaradıcılıq prosesinin daxili dramatizmi diqqətlə müşahidə olunur. Bu müşahidələr fərdi fakt kimi deyil, müəyyən tarixi-mədəni dövrün etik göstəricisi kimi təqdim edilir.


Beləliklə, Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı Azərbaycan memuar ədəbiyyatında yeni keyfiyyət mərhələsini təşkil edir. Əsər yaddaş, zaman və yaradıcılıq problemlərini elmi-bədii müstəvidə kompleks şəkildə əhatə edir, müəllifin zəngin intellektual dünyasını açmaqla yanaşı, Azərbaycan mədəni və ədəbi mühitinin son onilliklərini öyrənmək üçün etibarlı və sanballı mənbə kimi çıxış edir. Kitab müasir oxucular, tədqiqatçılar üçün sadəcə maraqlı oxu materialı deyil, həmçinin yaddaşı düşünməyə, zamanı yenidən dərk etməyə çağıran ciddi intellektual mətndir.

Səma Qarayeva

Xəbər Lenti

"Təhsil illəri mənə dərin bilik və bacarıqlar qazandırdı" - Tələbə Firuzə Əsgərli26.02.2026 - 09:25
Kiyevdə Xocalı soyqırımı qurbanları anılıb26.02.2026 - 09:16
İnsanlar yazı yaranmazdan çox əvvəl məlumatları qeydə alırmışlar26.02.2026 - 09:08
İndiyədək Xocalıda itkin düşən 24 nəfərin meyiti tapılıb26.02.2026 - 09:00
Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyası 75 il sonra latın qrafikası ilə çap edilib26.02.2026 - 08:54
Təhsil müəssisələrində iş axtaranların nəzərinə: qəbul imtahanı keçirilir26.02.2026 - 08:46
Ramazan ayında sağlam qidalanma necə olmalıdır?26.02.2026 - 08:35
Milli Kitabxanada elmi konfrans keçirildi — FOTOLAR26.02.2026 - 08:23
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı xalçaların kəsim mərasimində - FOTO26.02.2026 - 08:12
DİM imtahan tarixini açıqladı26.02.2026 - 08:04
Bakıdakı "Ana harayı" abidəsi ziyarət edilib26.02.2026 - 07:57
Oruc tutanlar üçün qızıl qaydalar26.02.2026 - 07:50
“ARB24”ün icraçı direktoru BDU tələbələrinə ustad dərsi keçib26.02.2026 - 07:42
Belarusda Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib26.02.2026 - 07:35
Xocalı soyqırımının qurbanları Daşkənddə anılıb26.02.2026 - 07:25
Günəş partlayışları zəlzələləri tətikləyir?26.02.2026 - 07:17
Nar yarpaqlarında sinirləri və ürəyi qoruyan maddə aşkar edilib26.02.2026 - 07:11
Bu günün hava proqnozu 26.02.2026 - 07:05
Canpolad Rzayev həlak olub26.02.2026 - 07:00
Ələsgər Novruzov həlak olub26.02.2026 - 06:36
“Xocalı: Əsir Uşaqlıq” sənədli filmi təqdim edilib 26.02.2026 - 06:20
Füzuli Rüstəmov həlak olub26.02.2026 - 06:18
Tofiq Hüseynov qəhrəmancasına həlak olub26.02.2026 - 06:00
İsgəndər Həmidov vəfat edib26.02.2026 - 05:42
Artur Rasizadə 91 yaşını qeyd edir26.02.2026 - 05:18
Azərbaycan ilə Banqladeş arasında diplomatik əlaqələr qurulub26.02.2026 - 05:06
Əli Tudə vəfat edib26.02.2026 - 04:54
Yetim Eyvaz vəfat edib26.02.2026 - 04:36
Sofiya Həsən qızı Hüseynova vəfat edib26.02.2026 - 04:18
Xocalı faciəsinin ildönümü qeyd olunur26.02.2026 - 04:00
MDU-da sağlam həyat təşəbbüsləri genişləndirilir: Əməkdaşlar üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:57
“BDU-dan beynəlxalq təcrübəyə” - seminar25.02.2026 - 19:54
Türkoloji Qurultayın 100 illiyi ərəfəsində dilçi-alim Mədəd Çobanovun kitabı təkrar nəşr edilib25.02.2026 - 19:49
Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib25.02.2026 - 19:44
“Azərbaycan təhsil tarixinə dair oçerklər” üçcildliyi nəşr edilib25.02.2026 - 19:39
Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib25.02.2026 - 19:34
Əmmanda Xocalı soyqırımı qurbanları anılıb25.02.2026 - 19:28
Leyla və Alena Əliyevalar Qubada internat məktəbi və STEAM mərkəzini ziyarət edib25.02.2026 - 19:23
FHN Akademiyasına kursant qəbulu elan edilir25.02.2026 - 19:18
Dövlət İmtahan Mərkəzində təlim keçirilib25.02.2026 - 19:14
MDU əməkdaşları üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:08
BMU-da Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub25.02.2026 - 19:05
"32 ilin ağrısı: Xocalının yaşayan bir insanın dili ilə"25.02.2026 - 19:00
AMEA-nın Qarabağ Elmi Bölməsi yaradılacaq25.02.2026 - 18:52
Almaniyada internetdə nifrət yayanlara qarşı genişmiqyaslı əməliyyat: 140 cinayət işi başlanıb25.02.2026 - 18:45
Direktorlar üçün təlim-seminarlara start verilib25.02.2026 - 18:43
Yerin nüvəsi "sızır": Minlərlə ton qızıl səthə atılır25.02.2026 - 18:40
Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimi başlayıb25.02.2026 - 18:37