Azərbaycan fotojurnalistikası tarixində özünəməxsus dəsti-xətti ilə seçilən Hüseyn Hüseynzadə 11 yanvar 1935-ci ildə anadan olmuş, 13 iyul 2019-cu ildə dünyasını dəyişmişdir.
"Tehsil365" xəbər verir ki, O, uzun illər ərzində Azərbaycan mətbuatında çalışaraq cəmiyyətin müxtəlif sahələrini, insanların həyatını, ictimai və mədəni hadisələri obyektivinə köçürmüş, dəyərli sənədli vizual materiallar yaratmışdır. Hüseyn Hüseynzadənin çəkdiyi fotolar təkcə xəbər daşıyıcısı deyil, həm də dövrün ab-havasını əks etdirən sənədli sübutlar kimi qiymətləndirilir.
Onun zəngin yaradıcılığı və jurnalistikaya verdiyi töhfələr sayəsində Hüseyn Hüseynzadə Azərbaycan fotojurnalistikasının inkişafında mühüm iz buraxmışdır. Xatirəsi daim ehtiramla anılır.

