11 yanvar 1959-cu ildə Ağstafa rayonunda anadan olmuş Faiq Əli oğlu Qarayev Azərbaycan idman tarixində parlaq iz qoymuş voleybolçu və məşqçi kimi tanınır.
"Tehsil365" xəbər verir ki, Onun voleybola olan bağlılığı, yüksək peşəkarlığı və illərlə göstərdiyi əzmkarlıq onu bu sahənin ən nüfuzlu simalarından birinə çevirmişdir.
Faiq Qarayev peşəkar idman karyerasına voleybolçu kimi başlasa da, sonradan məşqçilik fəaliyyətində qazandığı uğurlar onu beynəlxalq miqyasda tanıtmışdır. O, uzun illər Azərbaycan milli qadın voleybol komandasının baş məşqçisi kimi fəaliyyət göstərmiş, komandanı Avropa və dünya miqyaslı yarışlara aparmış və uğurlu nəticələrə imza atmışdır.
Azərbaycan voleybolunun inkişafında müstəsna xidmətlərinə görə Faiq Qarayev bir sıra fəxri ad və mükafatlarla təltif olunmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan qadın voleybolu Avropa arenasında öz sözünü deməyə başlamış, bir çox beynəlxalq turnirlərdə yüksək pillələrə yüksəlmişdir.
Faiq Qarayev bu gün də Azərbaycan idman ictimaiyyəti tərəfindən böyük hörmətlə xatırlanır və dəyərli mütəxəssis kimi gənc məşqçi və idmançılara örnək göstərilir.

