Bu gün – 11 yanvar 2026-cı il tarixində Azərbaycan kinematoqrafiyasının aparıcı yaradıcılıq təşkilatı olan Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis edilməsindən 61 il ötür.
"Tehsil365" xəbər verir ki, 1963-cü ildə yaradılan İttifaq ölkədə kino sənətinin inkişafına dəstək göstərmək, yaradıcı kadrları bir araya gətirmək və kino ictimaiyyətinin maraqlarını qorumaq məqsədilə formalaşdırılıb.
Təsis olunduğu gündən bu günədək İttifaq Azərbaycanın tanınmış rejissor, ssenarist, aktyor və kino xadimlərini öz ətrafında birləşdirərək milli kinonun tərəqqisinə mühüm töhfələr verib. İttifaqın təşəbbüsü ilə ölkədə kino festivalları keçirilib, gənc istedadlara dəstək verilib, klassik filmlərin qorunması və yeni layihələrin ərsəyə gəlməsi təmin olunub.
Müxtəlif dövrlərdə Rasim Ocaqov, Tofiq İsmayılov, Eldar Quliyev, və digər görkəmli sənət adamları təşkilata rəhbərlik edərək onun nüfuzunu artırıblar.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqını təbrik edir, milli kinomuzun inkişafında əvəzsiz rolu olan quruma uğurlar arzu edirik.

