Bu gün – 11 yanvar 2026-cı il tarixində Azərbaycanın tanınmış mətbuat orqanlarından biri olan "Səs" qəzetinin ilk nəşrindən 33 il ötür.
"Tehsil365" xəbər verir ki, 1991-ci ilin bu günündə işıq üzü görən qəzet, ölkədə müstəqil mətbuatın formalaşmasında önəmli rol oynamış və Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən nüfuzlu media orqanlarından birinə çevrilmişdir.
"Yeni dövrün səsi" şüarı ilə fəaliyyətə başlayan qəzet ilk gündən oxuculara operativ və etibarlı informasiya təqdim etməyi, demokratik dəyərləri və milli maraqları müdafiə etməyi qarşısına məqsəd qoymuşdur.
Zamanla təkcə çap mediası kimi deyil, həm də onlayn platformada geniş auditoriya qazanan "Səs" qəzeti müxtəlif sahələr üzrə reportajlar, təhlillər, müsahibələr və araşdırmalar təqdim edərək öz jurnalistik xəttini qoruyub saxlamışdır.
"Azərbaycan" nəşriyyatında çap olunan qəzet bu gün də informasiya məkanında öz yerini qoruyur və ictimai rəyə təsir imkanlarına malik nüfuzlu media orqanlarından biri kimi fəaliyyətini davam etdirir.
Yubiley münasibətilə "Səs" qəzetinin kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

