Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu il ölkəmizdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilib.
"Tehsil365" xəbər verir ki,Bu mühüm qərar, Nəsimi irsinin Azərbaycan ədəbiyyatında və mədəniyyətində tutduğu mühüm yerə, onun humanizm və azad düşüncə ideyalarının bu gün də aktuallığını qorumasına bir daha diqqət çəkdi.
“Nəsimi ili” çərçivəsində ölkədə və beynəlxalq miqyasda genişmiqyaslı tədbirlər həyata keçirildi. Şairin yaradıcılığına həsr olunmuş konfranslar, ədəbi-bədii gecələr, sərgilər, kitab və film təqdimatları təşkil olundu. Eyni zamanda, Nəsimi irsinin təbliği məqsədilə Bakıda və müxtəlif bölgələrdə silsilə tədbirlər keçirildi.
Bu il, həmçinin, gənclərin klassik ədəbiyyata marağının artırılmasına, mənəvi dəyərlərin gücləndirilməsinə və Nəsiminin fəlsəfi görüşlərinin yenidən araşdırılmasına böyük təkan verdi.
“Nəsimi ili” Azərbaycanın zəngin ədəbi irsini dünyaya tanıtmaq baxımından da əlamətdar dövr kimi yadda qaldı.

