AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol turnirində Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbinin 5-ci sinif qızlardan ibarət komandası böyük uğur qazanıb.
"Tehsil365" xəbər verir ki, Qızlar arasında keçirilən yarışda məktəbin komandası yüksək oyun nümayiş etdirərək 1-ci yerə layiq görülmüşdür.
Turnirdə rəqiblərinə qarşı göstərdikləri güclü oyun və əzmkarlıq sayəsində komandamız fərqlənib və qalibiyyət əldə edib. Məktəb rəhbərliyi, müəllimlər və valideynlər komandanı təbrik edərək, gənc futbolçuların gələcək idman uğurları üçün ən xoş arzularını bildiriblər.
Bu uğur məktəbin idman sahəsində fəaliyyətinin və gənc nəslin sağlam inkişafının daha bir uğurlu göstəricisidir. Komandaya növbəti yarışlarda da uğurlar arzulayırıq!

