Təhsil 365 - Logo Mobile

Azərbaycanda ilk dəfə aqrar sığorta fənninin tədrisinə başlanıb

5412.01.2026 - 05:47
Azərbaycanda ilk dəfə aqrar sığorta fənninin tədrisinə başlanıb

Bakı Dövlət Universitetində (BDU) 2025–2026-cı tədris ilindən aqrar sığorta fənninin tədrisinə başlanılıb.

“Tehsil365" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, "Bitkilərin sığortalanmasında risklərin və zərərin qiymətləndirilməsi" adlı fənn universitetin Biologiya fakültəsinin magistratura pilləsində tədris olunur.

Aqrar sığorta fənni çərçivəsində tələbələr müxtəlif təbiət hadisələri və digər amillərin əkin sahələri üçün yaratdığı risklər, həmin risklərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması və zərərin hesablanması metodikalarını mənimsəyirlər.

Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmində sığorta hadisələrinin araşdırılması və zərərlərin düzgün hesablanması mühüm əhəmiyyət daşıyır. Zərər çəkmiş təsərrüfatlara sığorta ödənişləri məhz bu hesablamalar əsasında müəyyən edilir.

BDU-da aqrar sığorta fənninin tədrisinə həsr olunmuş açıq dərsdə Biologiya fakültəsinin dekanı, biologiya elmləri doktoru, professor Afət Məmmədova dünyada baş verən iqlim dəyişikliklərinin təbiətə və aqrar sahəyə təsirinə diqqət çəkib. O bildirib ki, təbiət risklərinin düzgün qiymətləndirilməsi kənd təsərrüfatı üçün olduqca vacibdir. Professorun sözlərinə görə, bu fənnin tədrisi fakültə məzunlarının əlavə biliklər əldə etməsinə, onların ixtisas imkanlarının genişlənməsinə və biliklərinin praktik sahələrdə tətbiqinə şərait yaradacaq.

Fənnin bilavasitə tədrisi ilə məşğul olan tanınmış mütəxəssis, müstəqil aqrar sığorta eksperti Zülfü Məmmədov ölkəmizdə tətbiq edilən aqrar sığorta mexanizmi, onun üstünlükləri və kənd təsərrüfatı üçün əhəmiyyəti barədə məlumat verib. Ekspert qeyd edib ki, son illər iqlim dəyişiklikləri səbəbindən dolu, şiddətli küləklər, quraqlıq və digər təbiət hadisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Belə şəraitdə bitkilərə və əkin sahələrinə dəyən zərərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Açıq dərsdə BDU-nun Biologiya fakültəsinin magistr tələbəsi Aysun Əsədlinin "Məhsuldarlığın təyini metodikası" mövzusunda təqdimatı dinlənilib. Təqdimatda bitki zərərlərinin araşdırılması zamanı görüləcək tədbirlər, onların ardıcıllığı, diqqət yetirilməli əsas məqamlar və digər vacib məsələlər ətraflı izah olunub.

Qeyd edək ki, BDU-da aqrar sığortaya dair sözügedən fənnin gələcəkdə bakalavr pilləsində də tədrisi nəzərdə tutulur. Bu addım ölkənin aparıcı elm ocaqlarından biri olan BDU-da müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasına, onların praktiki təcrübə qazanmasına və aqrar sığorta sistemində fəal iştirakına geniş imkanlar yaradacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

Yutub tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək - VİDEO13.01.2026 - 14:32
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 14:23
Tələbələr Üçün Tövsiyə Olunan Kitablar – Araşdırma13.01.2026 - 14:11
Türk professorlar UNEC-in Zaqatala filialında tədris prosesinə cəlb olunublar - FOTO13.01.2026 - 13:56
Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir - FOTO13.01.2026 - 13:45
Pedaqoji Universitetlə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO13.01.2026 - 13:34
Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var13.01.2026 - 13:21
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi13.01.2026 - 13:10
Universitet müəllimi vəfat edib13.01.2026 - 12:59
Məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub13.01.2026 - 12:47
İş yerini dəyişmək istəyən müəllimlər üçün son MƏRHƏLƏ13.01.2026 - 12:36
Həftə sonu magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 12:25
Rektor tələbələrlə görüş keçirib13.01.2026 - 12:12
Masallı müəllimi beynəlxalq olimpiadada uğur qazandı13.01.2026 - 12:00
Trans müəllim Texasda yeni siyasətlər səbəbilə işindən ayrıldı: "Ləyaqətimi qorumaq üçün getdim"13.01.2026 - 11:42
Yeni kampaniya Kir Starmeri uşaqların hüquqlarını məhdudlaşdırmamağa çağırır13.01.2026 - 11:24
Ekranda çox vaxt keçirmək uşaqların lüğət ehtiyatını zəiflədir13.01.2026 - 11:06
Britaniya hökumətindən müəllimlər ittifaqına çağırış 13.01.2026 - 10:54
İxtisaslaşma modeli şagirdlərin dünyagörüşünü məhdudlaşdırır? 13.01.2026 - 10:36
Müəllimlərin qarşılıqlı iş yeri dəyişməsi ilə bağlı sənəd yoxlanışı mərhələsi başlayır13.01.2026 - 10:18
Magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 10:00
İlham Vəliyevə universitetdə vəzifə verildi13.01.2026 - 09:48
Bakıda üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan yaxın zamanda evə buraxılacaq13.01.2026 - 09:31
Şagird yerdəyişməsi üçün SON gün13.01.2026 - 09:19
Rayon məktəblərində distant təhsil sınaqdan keçirilir13.01.2026 - 09:09
UNEC-də dərslər türkiyəli professorlar tərəfindən aparılır13.01.2026 - 08:58
Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək13.01.2026 - 08:43
BSU-nun rektoru tələbələrlə görüş keçirib13.01.2026 - 08:31
Sabah Bakıya sulu qar yağacaq13.01.2026 - 08:14
Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR13.01.2026 - 08:01
Dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ!13.01.2026 - 07:44
Kimya üzrə fəlsəfə doktoru Azər Məmmədov vəfat etdi13.01.2026 - 07:32
Antibiotiklər bakteriyaları həqiqətən öldürürmü?13.01.2026 - 07:19
Alimlər "piylənmə yaddaşı" haqqında məşhur mifə son qoyublar13.01.2026 - 07:05
Mütəxəssislər gecə Wi-Fi-ni söndürməyi məsləhət görür13.01.2026 - 06:42
Bazarda saxta “orden”, “medal”, “diplom” satılır - BİABIRÇI OLAY13.01.2026 - 06:28
Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək13.01.2026 - 06:02
Azərbaycanda zəlzələ olub13.01.2026 - 05:46
Bu gün hava necə olacaq? - PROQNOZ13.01.2026 - 05:33
Ay və Yer vaxtını sinxronlaşdırmağın yeni üsulu13.01.2026 - 05:33
Nazir müavini Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb13.01.2026 - 05:18
Regionlarda elmin inkişafı AMEA-nın prioritet istiqamətlərindəndir13.01.2026 - 05:01
ABŞ-də ilk "autizmli Barbi" kuklası satışa çıxarılıb13.01.2026 - 04:46
FHN gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib13.01.2026 - 04:32
"Telefonunuza göndərilən kodları heç kimlə paylaşmayın" - İKTA-dan XƏBƏRDARLIQ13.01.2026 - 04:16
Dövlət Uşaq Xor Kapellası yaradılacaq13.01.2026 - 04:02
ADDA ilə Dünya Bankı arasında müəllim və tələbə mübadilə proqramları müzakirə olunub12.01.2026 - 19:59
Gürcüstanda Azərbaycan icması üçün təhsil imkanları genişləndirilir12.01.2026 - 19:48