Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad edilə bilər.
“Tehsil365" Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, müğənniyə amnistiya aktı tətbiq olunacaq. Bununla bağlı Ədliyyə Nazirliyinin Probasiya Xidməti artıq məhkəməyə müraciət edib.
Ağadadaş Ağayevin müdafiəçisi, tanınmış vəkil Asim Abbasov məlumatı saytımıza təsdiqləyib. O bildirib ki, Probasiya Xidmətinin müvəkkilinə amnistiya aktının tətbiqi ilə bağlı müraciətinə bu gün baxılacaq.
Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Belə ki, mübahisə zamanı Ağadadaş Ağayev “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Qarşıdurma nəticəsində mühafizəçi də Xalq artistini döyüb.
Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, Ağadadaş Ağayev 1 il sınaq müddəti seçilməklə 2 il müddətinə şərti cəzaya, Nurəddin Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib.

