Təhsil 365 - Logo Mobile

Seraya Şapşal irsi və Güney Azərbaycan folkloru tədqiq olunub

7112.01.2026 - 16:20
Seraya Şapşal irsi və Güney Azərbaycan folkloru tədqiq olunub

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızının “Seraya Şapşal və Güney Azərbaycan folkloru” adlı elmi kitabı nəşr olunub. Kitab Güney Azərbaycan folklorunun Avropa elmi mühitində təqdimat tarixini araşdıran mühüm tədqiqat kimi diqqət çəkir.

İnstitutdan “Tehsil365"ə bildirilib ki, kitab karaim türkü, tanınmış türkoloq, şərqşünas və ictimai-siyasi xadim Seraya Şapşalın 1935-ci ildə Krakovda nəşr olunan “İran Azərbaycanı türklərinin xalq ədəbiyyatından nümunələr” adlı əsərinə həsr edilib. Həmin kitab Güney Azərbaycan xalq ədəbiyyatına dair ilk sistemli folklor antologiyalarından biri hesab olunur və Avropa türkologiyasında Azərbaycan folkloruna dair nadir mənbələr sırasında xüsusi yer tutur.

Seraya Şapşalın topladığı və nəşr etdiyi materiallarda bayatılar, atalar sözləri, nağıllar, lirik nümunələr və digər folklor janrları yer alır. Afaq Xürrəmqızının tədqiqatında bu mənbənin elmi dəyəri, toplanma prinsipləri, dil və üslub xüsusiyyətləri, eləcə də Güney Azərbaycan folklorunun Avropada öyrənilməsi kontekstində rolu geniş şəkildə təhlil olunur. Kitabın yenidən elmi dövriyyəyə daxil edilməsi müasir folklorşünaslıq və dilçilik, xüsusilə dialektologiya üçün mühüm əhəmiyyət daşıyır.

Afaq Xürrəmqızının araşdırmasında əvvəlcə Seraya Şapşalın əsərinin strukturuna diqqət yetirilir. Kitabın ilk hissəsi müəllifin polyak dilində yazdığı “Giriş”lə başlayır. Daha sonra Şapşal əsərini iki əsas hissəyə ayırır: “Epik” və “Lirik mətnlər”. Bu bölünmə Güney Azərbaycan folklorunun müxtəlif janrlarını sistemli şəkildə təqdim etməyi əks etdirir. Ardınca “Tərcümələr”, “Lüğət”, “Lüğətə əlavələr” və “Yazı nümunələri” təqdim edilir.

Daha sonra kitabın əhəmiyyətini vurğulayan müəllif əsərin bir neçə mühüm aspektdən dəyərli olduğunu bildirir. Birincisi, kitabın sahə araşdırmasının nəticəsi olmasıdır. Yəni Seraya Şapşal bu əsəri Güney Azərbaycan folklorunun müxtəlif nümunələrini toplayaraq hazırlayıb. İkincisi, bu folklor nümunələrinin yüksək səviyyədə polyak dilinə tərcümə edilməsi və həmin dilə uyğunlaşdırılmasıdır. Tərcümənin keyfiyyəti və orijinal mətnlə uyğunluğu, kitabın elmi dəyərini artıran əsas amillərdəndir. Növbəti mühüm aspekt isə kitabdakı mətnlərin dialekt xüsusiyyətlərinin qorunması ilə bağlıdır.

Afaq Xürrəmqızı, həmçinin Seraya Şapşalın milli kimliyi və ictimai-siyasi mövqeyini araşdırır. Müəllif Şapşalın öz dövründəki ictimai-siyasi vəziyyətə necə yanaşdığını, Azərbaycan xalqının mədəniyyətinə olan münasibətini və bu münasibətin əsərdə necə öz əksini tapdığını təhlil edir. Şapşalın özünəməxsus yanaşması və mədəni irsə verdiyi dəyər əsərin yalnız folklorşünaslıq baxımından deyil, həm də ictimai-siyasi aspektdən önəmli olduğunu göstərir.

Araşdırmanın sonunda müəllif əsərin Azərbaycan oxucusuna təqdimatını və Şapşalın kitaba yazdığı “Giriş”in elmi nəzəri əhəmiyyətini diqqətə çatdırır. Burada əsərin ümumi elmi konteksti və Şapşalın Azərbaycan folkloruna dair nəzəri mülahizələri oxuculara çatdırılır. Bu nəzəri mülahizələr Azərbaycan folklorunun tədqiqi üçün yeni yanaşmaların ortaya çıxmasına şərait yaradır və kitabın elmi təhlilini zənginləşdirir. Beləliklə, müəllifin təqdim etdiyi təhlil Şapşalın əsərinin həm mədəni, həm də elmi əhəmiyyətini geniş şəkildə açır, bu əsərin Azərbaycan folklorunun Avropa elmi mühitində təmsil edilməsindəki rolunu vurğulayır.

Nəşrdə Afaq Xürrəmqızının analitik məqaləsi ilə yanaşı, Seraya Şapşalın kitabından seçilmiş mətnlər təqdim olunur. Buraya nağıllar, təmsillər, atalar sözləri, tapmacalar, bayatılar, Kərəmi nümunələri, şeirlər, dübbələr, eləcə də Azərbaycan türklərində işlənən titullar və yazı nümunələri daxildir. Bu materiallar həm elmi araşdırmalar, həm də müqayisəli folklor və dil tədqiqatları üçün zəngin mənbə rolunu oynayır.

“Seraya Şapşal və Güney Azərbaycan folkloru” kitabı folklorşünaslar, dialektoloqlar, filoloqlar və ümumilikdə Azərbaycan xalq mədəniyyətinin tarixini elmi aspektdən öyrənən mütəxəssislər üçün nəzərdə tutulub və Güney Azərbaycan folklor irsinin beynəlxalq elmi kontekstdə dəyərləndirilməsi baxımından mühüm töhfədir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov və filologiya elmləri doktoru, dosent Şakir Albalıyevdir.

Aydan Ələkbərova

Xəbər Lenti

ADDA ilə Dünya Bankı arasında müəllim və tələbə mübadilə proqramları müzakirə olunub12.01.2026 - 19:59
Gürcüstanda Azərbaycan icması üçün təhsil imkanları genişləndirilir12.01.2026 - 19:48
4 növ xərçəngin əsas səbəbi AÇIQLANDI12.01.2026 - 19:39
Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək12.01.2026 - 19:29
Dövlət Uşaq Xor Kapellası yaradılacaq12.01.2026 - 19:14
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı təsdiqlənib12.01.2026 - 18:59
Nazir müavini Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb12.01.2026 - 18:46
"YouTube"da 140 ildir yayımı davam edən qorxuducu video peyda olub12.01.2026 - 18:30
UNEC-də “Gender və əmək bazarı” mövzusunda dəyirmi masa keçirilib12.01.2026 - 18:14
UNEC kollektivi professor Əsəd Dilbazovun məzarını ziyarət edib12.01.2026 - 18:00
BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib12.01.2026 - 17:38
Bazarda saxta “orden”, “medal”, “diplom” satılır - BİABIRÇI OLAY12.01.2026 - 17:37
BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb12.01.2026 - 17:22
Mütəxəssislər gecə Wi-Fi-ni söndürməyi məsləhət görür12.01.2026 - 17:03
Təkrar istifadə olunan su şüşələrini hər gün yumaq lazımdır - Ekspertlərdən XƏBƏRDARLIQ12.01.2026 - 16:49
"Telefonunuza göndərilən kodları heç kimlə paylaşmayın" - İKTA-dan XƏBƏRDARLIQ12.01.2026 - 16:33
Regionlarda elmin inkişafı AMEA-nın prioritet istiqamətlərindəndir12.01.2026 - 16:10
Gimnaziya direktoru 1000 manat cərimələndi12.01.2026 - 15:58
“Beyinlə ürəyin rəqsi: şagirdləri oxumağa necə həvəsləndirək?” - vebinar12.01.2026 - 15:47
Respublika fənn olimpiadalarının informatika fənni üzrə rayon turu keçirilib12.01.2026 - 15:33
Nurlan Nəsirovun elmi məqaləsi AMEA jurnalında dərc olunub12.01.2026 - 15:26
“Əqdlərin etibarsızlığı və ləğvi” mövzusunda interaktiv təlim keçirilib12.01.2026 - 15:13
Xəzər Universiteti nümayəndə heyəti Ankarada işgüzar səfərdə olub12.01.2026 - 14:54
BANM bərpaolunan enerji və süni intellekt üzrə kadr hazırlayacaq12.01.2026 - 14:46
BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib - FOTO12.01.2026 - 14:35
Dillər Universitetində Çin buz heykəltaraşlığı üzrə seminar təşkil olunub12.01.2026 - 14:23
Fəlsəfə və Sosiologiya İnstitutunda Prezidentin mediaya müsahibəsinə həsr olunmuş elmi seminar keçirilib - FOTO12.01.2026 - 14:11
Rəsədxana: Bu gün orta səviyyəli geomaqnit qasırğası ehtimal olunur - FOTO12.01.2026 - 13:59
Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların SİYAHISI12.01.2026 - 13:48
Bakıya sulu qar yağacaq- XƏBƏRDARLIQ12.01.2026 - 13:32
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib12.01.2026 - 13:22
Dünya alimləri “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının 10 illik yubileyini təbrik edirlər12.01.2026 - 13:11
Tarixi memarlıq nümunələri cəmiyyət və mədəniyyət üçün əhəmiyyətlidir12.01.2026 - 12:51
Azərbaycanın tarixi mədəni irsi qorunur12.01.2026 - 12:36
Rəqəmsal texnologiyaların təhsildə rolu12.01.2026 - 12:24
ADU-da mübadilə proqramı iştirakçıları ilə görüş keçirilib - FOTO12.01.2026 - 12:10
Azərbaycanda ali təhsilin mövcud vəziyyəti və əsas problemlər12.01.2026 - 11:59
Artıq olmayan şahzadəyə - Haruki Murakaminin hekayəsi12.01.2026 - 11:48
Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək12.01.2026 - 11:37
Milli varlığımızın təminatında və inkişafında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə dair tədbir keçirilib - FOTO12.01.2026 - 11:28
Bakı məktəblilərinin startapları beynəlxalq səviyyədə uğur qazandı12.01.2026 - 11:12
Bakıda məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR12.01.2026 - 10:59
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?12.01.2026 - 10:46
Azərbaycan Tibb Universitetinin işçisi vəfat edib12.01.2026 - 10:30
Dünyanın ən məşhur şimpanzesi öldü12.01.2026 - 10:16
BMU ilə Qingdao Texnologiya Universiteti arasında əməkdaşlıq görüşü olub12.01.2026 - 10:09
RFO-nun rayon turu keçirilib12.01.2026 - 09:56