Təhsil 365 - Logo Mobile

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

6812.01.2026 - 17:22
BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin magistratura pilləsində 2025–2026-cı tədris ilindən “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb.

Tehsil365” xəbər verir ki, “Aqrar sığorta” fənni çərçivəsində tələbələr müxtəlif təbiət hadisələri və digər amillərin əkin sahələri üçün yaratdığı risklər, həmin risklərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması və zərərin hesablanması metodikalarını mənimsəyirlər.

Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmində sığorta hadisələrinin araşdırılması və zərərlərin düzgün hesablanması mühüm əhəmiyyət daşıyır. Zərər çəkmiş təsərrüfatlara sığorta ödənişləri məhz bu hesablamalar əsasında müəyyən edilir.

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə həsr olunmuş açıq dərsdə Biologiya fakültəsinin dekanı, biologiya elmləri doktoru, professor Afət Məmmədova dünyada baş verən iqlim dəyişikliklərinin təbiətə və aqrar sahəyə təsirinə diqqət çəkib. O bildirib ki, təbiət risklərinin düzgün qiymətləndirilməsi kənd təsərrüfatı üçün olduqca vacibdir. Professorun sözlərinə görə, bu fənnin tədrisi fakültə məzunlarının əlavə biliklər əldə etməsinə, onların ixtisas imkanlarının genişlənməsinə və biliklərinin praktik sahələrdə tətbiqinə şərait yaradacaq.

Fənnin bilavasitə tədrisi ilə məşğul olan tanınmış mütəxəssis, müstəqil aqrar sığorta eksperti Zülfü Məmmədov ölkəmizdə tətbiq edilən aqrar sığorta mexanizmi, onun üstünlükləri və kənd təsərrüfatı üçün əhəmiyyəti barədə məlumat verib. Ekspert qeyd edib ki, son illər iqlim dəyişiklikləri səbəbindən dolu, şiddətli küləklər, quraqlıq və digər təbiət hadisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Belə şəraitdə bitkilərə və əkin sahələrinə dəyən zərərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Açıq dərsdə BDU-nun Biologiya fakültəsinin magistr tələbəsi Aysun Əsədlinin "Məhsuldarlığın təyini metodikası" mövzusunda təqdimatı dinlənilib. Təqdimatda bitki zərərlərinin araşdırılması zamanı görüləcək tədbirlər, onların ardıcıllığı, diqqət yetirilməli əsas məqamlar və digər vacib məsələlər ətraflı izah olunub.

Qeyd edək ki, BDU-da aqrar sığortaya dair sözügedən fənnin gələcəkdə bakalavr pilləsində də tədrisi nəzərdə tutulur. Bu addım ölkənin aparıcı elm ocaqlarından biri olan BDU-da müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasına, onların praktiki təcrübə qazanmasına və aqrar sığorta sistemində fəal iştirakına geniş imkanlar yaradacaq.

Rəşanə İsamqızı

Xəbər Lenti

ADDA ilə Dünya Bankı arasında müəllim və tələbə mübadilə proqramları müzakirə olunub12.01.2026 - 19:59
Gürcüstanda Azərbaycan icması üçün təhsil imkanları genişləndirilir12.01.2026 - 19:48
4 növ xərçəngin əsas səbəbi AÇIQLANDI12.01.2026 - 19:39
Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək12.01.2026 - 19:29
Dövlət Uşaq Xor Kapellası yaradılacaq12.01.2026 - 19:14
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı təsdiqlənib12.01.2026 - 18:59
Nazir müavini Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb12.01.2026 - 18:46
"YouTube"da 140 ildir yayımı davam edən qorxuducu video peyda olub12.01.2026 - 18:30
UNEC-də “Gender və əmək bazarı” mövzusunda dəyirmi masa keçirilib12.01.2026 - 18:14
UNEC kollektivi professor Əsəd Dilbazovun məzarını ziyarət edib12.01.2026 - 18:00
BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib12.01.2026 - 17:38
Bazarda saxta “orden”, “medal”, “diplom” satılır - BİABIRÇI OLAY12.01.2026 - 17:37
Mütəxəssislər gecə Wi-Fi-ni söndürməyi məsləhət görür12.01.2026 - 17:03
Təkrar istifadə olunan su şüşələrini hər gün yumaq lazımdır - Ekspertlərdən XƏBƏRDARLIQ12.01.2026 - 16:49
"Telefonunuza göndərilən kodları heç kimlə paylaşmayın" - İKTA-dan XƏBƏRDARLIQ12.01.2026 - 16:33
Seraya Şapşal irsi və Güney Azərbaycan folkloru tədqiq olunub12.01.2026 - 16:20
Regionlarda elmin inkişafı AMEA-nın prioritet istiqamətlərindəndir12.01.2026 - 16:10
Gimnaziya direktoru 1000 manat cərimələndi12.01.2026 - 15:58
“Beyinlə ürəyin rəqsi: şagirdləri oxumağa necə həvəsləndirək?” - vebinar12.01.2026 - 15:47
Respublika fənn olimpiadalarının informatika fənni üzrə rayon turu keçirilib12.01.2026 - 15:33
Nurlan Nəsirovun elmi məqaləsi AMEA jurnalında dərc olunub12.01.2026 - 15:26
“Əqdlərin etibarsızlığı və ləğvi” mövzusunda interaktiv təlim keçirilib12.01.2026 - 15:13
Xəzər Universiteti nümayəndə heyəti Ankarada işgüzar səfərdə olub12.01.2026 - 14:54
BANM bərpaolunan enerji və süni intellekt üzrə kadr hazırlayacaq12.01.2026 - 14:46
BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib - FOTO12.01.2026 - 14:35
Dillər Universitetində Çin buz heykəltaraşlığı üzrə seminar təşkil olunub12.01.2026 - 14:23
Fəlsəfə və Sosiologiya İnstitutunda Prezidentin mediaya müsahibəsinə həsr olunmuş elmi seminar keçirilib - FOTO12.01.2026 - 14:11
Rəsədxana: Bu gün orta səviyyəli geomaqnit qasırğası ehtimal olunur - FOTO12.01.2026 - 13:59
Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların SİYAHISI12.01.2026 - 13:48
Bakıya sulu qar yağacaq- XƏBƏRDARLIQ12.01.2026 - 13:32
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib12.01.2026 - 13:22
Dünya alimləri “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının 10 illik yubileyini təbrik edirlər12.01.2026 - 13:11
Tarixi memarlıq nümunələri cəmiyyət və mədəniyyət üçün əhəmiyyətlidir12.01.2026 - 12:51
Azərbaycanın tarixi mədəni irsi qorunur12.01.2026 - 12:36
Rəqəmsal texnologiyaların təhsildə rolu12.01.2026 - 12:24
ADU-da mübadilə proqramı iştirakçıları ilə görüş keçirilib - FOTO12.01.2026 - 12:10
Azərbaycanda ali təhsilin mövcud vəziyyəti və əsas problemlər12.01.2026 - 11:59
Artıq olmayan şahzadəyə - Haruki Murakaminin hekayəsi12.01.2026 - 11:48
Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək12.01.2026 - 11:37
Milli varlığımızın təminatında və inkişafında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə dair tədbir keçirilib - FOTO12.01.2026 - 11:28
Bakı məktəblilərinin startapları beynəlxalq səviyyədə uğur qazandı12.01.2026 - 11:12
Bakıda məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR12.01.2026 - 10:59
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?12.01.2026 - 10:46
Azərbaycan Tibb Universitetinin işçisi vəfat edib12.01.2026 - 10:30
Dünyanın ən məşhur şimpanzesi öldü12.01.2026 - 10:16
BMU ilə Qingdao Texnologiya Universiteti arasında əməkdaşlıq görüşü olub12.01.2026 - 10:09
RFO-nun rayon turu keçirilib12.01.2026 - 09:56