UNEC kollektivi iqtisad elmləri doktoru, professor Əsəd Dilbazovun anadan olmasının 100 illiyi münasibətilə onun doğum günündə məzarını ziyarət edib.
“Tehsil365” xəbər verir ki, ziyarət zamanı görkəmli alim və pedaqoqun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Elmi irsi və pedaqoji fədakarlığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin yaddaşında silinməz iz qoyan Əsəd Dilbazov 1975-1980-ci illərdə dekan, 1984-1987-ci illərdə isə kafedra müdiri vəzifələrində çalışıb.
“Şöhrət” ordeni laureatı olan professor Əsəd Dilbazov təkcə görkəmli alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik əsl ziyalı nümunəsi kimi xatırlanır.

