Təhsil 365 - Logo Mobile

Bazarda saxta “orden”, “medal”, “diplom” satılır - BİABIRÇI OLAY

10213.01.2026 - 06:28
Bazarda saxta “orden”, “medal”, “diplom” satılır - BİABIRÇI OLAY

Son illər Azərbaycanda saxta diplom, orden və medalların artması sistemli problemə çevrilib. Bu tendensiya yalnız fərdi fırıldaqlarla məhdudlaşmır. Məsələ bütöv bir ictimai sektorun reputasiyasını zədələyən təhlükəli mərhələyə keçib. Ən ağrılı məqam isə budur ki, bu proses indi təhsil sahəsinə də sirayət edib. Cəmiyyətin ən etibarlı institutu olan müəllim nüfuzu bu cür hallardan ciddi zərbə alır.

Tehsil365” xəbər verir ki, bununla bağlı AzEdu.az-a ilginc məlumat daxil olub. Məsələ “Təhsil Forumu" sosial platforması və onun rəhbəri Emil Tağızadə ətrafındadır. Baş verənlər əslində xeyli rahatsızlıq doğurur. Bu hadisə bütövlükdə təhsil ictimaiyyətinə vurulan zərbə kimi qiymətləndirilir.

Hətta iş o yerə çatıb ki, bəzi müəllimlər “Təhsil fəalı”, “İlin müəllimi”, “İlin direktoru” və digər biabırçı nominasiyalar üzrə mükafatların AzEdu.az Təhsil Portalı tərəfindən verildiyini zənn edərək bizə müraciət edirlər.

Hörmətli müəllimlərimizə birmənalı şəkildə bildiririk ki, bizim bu məsələlərə heç bir aidiyyaatımız yoxdur. Və bu günə qədər keçirdiyimiz müsabiqələr açıq, şəffaf və rəsmi təhsil qurumları ilə birlikdə gerçəkləşib.

Aparılan araşdırmalar göstərir ki, 2019-2025-ci illər ərzində “Təhsil Forumu” sosial platforması və sonradan “EDU FORUM” MMC adı altında keçirilmiş forumlar, tədbirlər və ödənişli təlimlərdə bu nominasiyalar əsassız olaraq satılaraq müəllimlərə təqdim olunduğu ortaya çıxıb.

“EDU FORUM” MMC-nin təşkil etdiyi tədbir və təlimlərdə tez-tez çıxışlar edən Elşən Qafarov forum tərəfindən təşkil olunan tədbir və nominasiyaların şəffaf şəkildə keçrilidiyini iddia edir:

"Sosial şəbəkələrdə yayılan saxta diplom və mükafatlarla bağlı məsələ hüquqi çərçivədə tənzimlənir. Saxta sənədlərin verilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə qadağandır.

Mən “Təhsil Forumu”nun müəyyən tədbirlərində iştirak etmişəm. Forum sosial şəbəkələrdə fəaliyyət göstərsə də, “EDU FORUM” MMC vasitəsilə keçirilən bütün tədbirlər rəsmi qaydada təşkil olunur və dövlətə müvafiq vergilər ödənilir.

İştirakçılara təqdim olunan diplomlar və xatirə nişanları yalnız tədbirdə iştiraklarına görə verilir və təşviq məqsədini daşıyır. Bu sənədlərin heç bir qanunsuz əsası yoxdur və ödəniş qarşılığında satılması mümkün deyil. Araşdırmalar göstərir ki, iştirak üçün ödənişlər yalnız tədbirin təşkili, iştirakçıların məkanının təmin olunması və digər inzibati xərclər üçün toplanır və birbaşa rəsmi “EDU FORUM” MMC-nin hesabına köçürülür".

E.Qafarov indiyə qədər forumun fəaliyyətində heç bir qanunsuzluğun olmadığını qeyd edib:

"Hazırda təhsil eksperti kimi tanınan şəxslər tərəfindən müxtəlif təşkilatlara şikayətlər göndərilib, amma indiyə qədər qanun pozuntusu aşkar edilməyib. Müəllimlər və direktorlar arasında “İlin müəllimi”, “İlin direktoru” kimi adların ödəniş qarşılığında əldə edilməsi mümkün deyil. Bütün məlumatlar rəsmi qaydada və şəffaf şəkildə araşdırılır. Direktorlar, müəllimlər, psixoloqlar və digər təhsil işçiləri bu prosesdə tam hüquqlu iştirak edirlər.

“EDU FORUM” MMC-nin rəhbəri Yeganə Aslanova peşəkar müəllimlik fəaliyyəti ilə tanınır. Həmin sertifikatlarda açıq şəkildə göstərilir ki, onlar iştirakçıların “EDU FORUM”da fəal iştirakına görə təqdim olunur.

“EDU FORUM” MMC-nin fəaliyyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən də araşdırılıb və heç bir qanunsuzluq aşkarlanmayıb".

E.Qafarov qurumun fəaliyyətində qanunsuzluq olmadığını qeyd etsə də, özünün “Təhsil Forumu” və “EDU FORUM” MMC-dən niyə uzaqlaşmasına aydınlıq gətirməyib.

AzEdu.az-a daxil olan məlumata görə “Təhsil Forumu” və “EDU FORUM” MMC-dən hüquq mühafizə orqanlarına şikayət daxil olub.

Artıq müvafiq qurumlara rəsmi müraciət əsasında araşdırma başlanılıb. Bu müraciət AzEdu.az-a da təqdim olunub.

Müraciətdə göstərilən faktlar kifayət qədər ağırdır. Söhbət müəllimlərə pulla saxta "diplom", "orden" və "medal" satılmasından gedir. Bu “təltiflər” heç bir dövlət qurumu tərəfindən tanınmır və onların hüquqi statusu yoxdur. Buna baxmayaraq, illərdir müxtəlif forum adları altında müəllimlərdən pul toplanıb.

Məsələni daha da ağırlaşdıran faktlardan biri Elşən Qafarovun platformadan uzaqlaşmasıdır. Onun narahatlığı təsadüfi deyil və bu, prosesin içindən gələn etirazdır.

Amma E.Qafarovun özü forumun fəaliyyətinə zərər gəlməməsi üçün ordan ayrıldığını qeyd edib. İnandırıcı görünmür.

Qeyd edək ki, məsələ ilə bağlı bütün rayon təhsil idarələri siyahılar toplayır. Kimə hansı “medal” verildiyi araşdırılır. Bu isə sistemli yoxlamanın başladığını göstərir.

Hər bir halda bu, artıq açıq şəkildə maliyyə pozuntusu sayılır. Üstəlik, təşkilat rəhbərinin təşəbbüsü ilə “Təhsil fəalı” adlı döş nişanı hazırlanıb. Bu nişan müəllimlərə 80 manat qarşılığında satılıb.

Araşdrımalar zamanı o da məlum oldu ki, həmin “təltif”lərin dövlətlə və ya Elm və Təhsil Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Halbuki bəzən müəllimlərə yanlış məlumatlar verilib ki, guya bu məsələ razılaşdırılıb.

Araşdırmalar onu da göstərir ki, onlar rəsmi status daşımır. Bu isə müəllimlərin aldadılması deməkdir. Bu cür fəaliyyət həm də etik normaların pozulmasıdır.

Müraciətdə həmçinin qeyd olunur ki, Emil Tağızadə yay aylarından etibarən fəaliyyətini “EDU FORUM” MMC adı altında davam etdirib. Ancaq strukturun dəyişməsi problemləri aradan qaldırmayıb. Yəni məzmun qalıb,forma dəyişdirilib. Maliyyə əməliyyatları yenə şəffaf olmayıb. Ödənişlər yenə şəxsi kartlara yönləndirilib. Bu isə artıq sistemli qayda pozuntusuna işarədir.

İttihamlara cavab verən Emil Tağızadə bildirib ki, sertifikat və medalların saxta olması həqiqətə uyğun deyil:

“EDU FORUM” MMC-nin rəhbəri Yeganə Aslanovadır. Təqdim olunan təltiflər yalnız təlim və tədbirlərdə iştirak edən şəxslər üçün nəzərdə tutulur və simvolik xarakter daşıyır. Bu cür tədbirlərin təşkili müəyyən xərclər tələb edir. Belə ki, məkanın təmin olunması, texniki avadanlıqlar, çəkiliş, musiqi proqramı və digər təşkilati məsələlər üçün vəsait sərf olunur.

Məsələ ilə bağlı qərəzli şəkildə şikayət daxil olub. Bununla əlaqədar prokurorluqda izahat verilib və hazırda araşdırmanın nəticələri gözlənilir.

Sertifikat və medalların saxta olması ilə bağlı yayılan iddialar isə həqiqətə uyğun deyil. Məsələ saxtakarlıq deyil, vergi məsələləri ilə bağlıdır. Vergi ilə əlaqədar araşdırmanın nəticəsi əldə olunduqdan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək".

Ancaq məsələnin ciddiliyi ondadır ki, bu fəaliyyət illərlə davam edib. Rəsmi siyahılara görə, təkcə 2024-2025-ci illər ərzində onlarla forum keçirilib. Bu forumlarda yüzlərlə müəllim iştirak edib.

İlkin iddialarda göstərilir ki, toplanan ümumi vəsait 283 min 200 manatı keçib. Bu rəqəm “xırda kommersiya” ola bilməz, ciddi maliyyə dövriyyəsidir. Belə dövriyyə isə mütləq uçota alınmalıdır.

Rəqəmlərə diqqət edək, 24 dekabr 2023-cü ildə keçirilən forumda 7500 manat toplanıb. 14 yanvar 2024-cü ildə isə 2400 manat, 18 fevral 2024-cü ildə keçirilən tədbirdən 9000 manat yığılıb. 16 mart 2024-cü il forumunun gəliri 12 min manat olub. 17 mart tarixli tədbirdə isə 9000 manat toplanıb. 12 may 2024-cü il Beynəlxalq Təhsil Forumu isə 62 min 500 manat gəlir gətirib. Şuşada keçirilən Qarabağ Forumundan 48 min manat daxil olub.

Bilik Günü Forumunda 14 min 400 manat yığılıb. Müəllimlər Günü Forumunda isə 15 min 600 manat, “Təhsil fəalı” medallarının təqdimatından 4000 manat əldə edilib. Dekabr 2024-cü il forumu 15 min 600 manat gətirib. 2025-ci ilin yanvar və fevral tədbirləri isə minlərlə manat dövriyyə yaradıb.

Bu pulların haraya getdiyi açıq deyil. Əslində açıqdır. Vergi ödənişi barədə məlumat, maliyyə hesabatı, dövlət qurumlarına təqdim edilmiş şəffaf sənəd yoxdur. Bu isə artıq cinayət tərkibli haldır.

Burada əsas problem yalnız pul məsələsi də deyil. Əsas məsələ təhsilin adına edilən hörmətsizlikdir. Saxta “təltiflər” müəllim peşəsini ucuzlaşdırır. Bu, illərlə əziyyət çəkən pedaqoqlara qarşı haqsızlıq və ictimai etimadın sarsıdılmasıdır. Paralel olaraq təhsil islahatlarını sual altına qoymaqdır.

AzEdu.az-a açıqlama verən “EDU FORUM” MMC-nin rəhbəri Yeganə Aslanova isə ittihamlara belə cavab verib:

"Əgər bir tədbirdə iştirak edirsinizsə, orada nominasiya xarakterli sertifikat və ya hədiyyə təqdim oluna bilər. Bu, həmin təşkilatın özünə aid olan məsələdir. Nəyi uyğun hesab edir, nəyi məqsədəuyğun sayırsa, tədbirin formatına uyğun və ya ixtiyari şəkildə təqdim edir. Axı insan tədbirə gəlib iştirak edirsə, orada sertifikatı necə sata bilərik?

Biz nominasiya və ya sertifikat təqdim etdikdə açıq şəkildə bildiririk ki, bunun heç bir dövlət qurumuna, heç bir nazirliyə aidiyyəti yoxdur. Yəni elə düşünülməməlidir ki, bu, hansısa rəsmi xarakter daşıyır. İstər iş saatında, istərsə də digər hallarda bu, iştirakçıya hər hansı təsir göstərən amil deyil. Bu, təşkilatın özünün həvəsləndirmə məqsədilə atdığı addımdır.

Tədbirə qatılan şəxs də bunu qəbul edir və bilir ki, bu sənəd təşkilat tərəfindən təqdim olunur. Sertifikatın üzərindən də aydın görünür ki, hansı quruma və hansı platformaya aiddir. Əgər tədbir təhsil və ya dövlət qurumları ilə əlaqəli deyilsə, bu, müvafiq platforma çərçivəsində keçirilən tədbirə aid olur. Əsaslı problem və ya şübhə olsaydı, dərhal sorğu-sual və araşdırma aparılardı".

O, məsələnin Əmrah Həsənlinin şikayəti əsasında qaldırıldığı bildirilib:

"Regional Təhsil İdarələrində müəllimlərin siyahıya alınması məsələsi ilə bağlı məlumatımız yoxdur. Araşdırmağa çalışdıq, Nazirliklə əlaqə saxladıq, lakin məlumat ala bilmədik. Düşünürəm ki, bu məsələ qarşı tərəfin verdiyi şikayətlə bağlıdır. Mövzu maliyyə üzərindən açılıb. Yəni başqa bir tərəfi yoxdur. Hazırda maliyyə üzərindən say yoxlamaları aparılır”.

Nəticə etibarilə ortaya çox təhlükəli mənzərə çıxır. Bir qrup insan təhsil adı altında biznes qurub və şəffaf olmayıb. Bu biznes etik də olmayıb. Daha doğrusu qanunsuz olub. İndi isə hüquq-mühafizə orqanları məsələni araşdırır.

Əgər bu faktlar təsdiqlənərsə, bu, təhsil sektorunda ən böyük maliyyə və etika qalmaqallarından biri olacaq. Və bu qalmaqal, maliyyə ödənişi qarşılığında saxta diplom, orden, medal paylamaq uzun illər biabırçı olay kimi xatırlanacaq.

Rəşanə İsamqızı

Xəbər Lenti

Fərman Şəkilinin xatirəsi yad olunur05.03.2026 - 06:18
Sitarə Rəhimovanın xatirəsi anılır05.03.2026 - 06:00
Ceyhun Mirzəyevin xatirəsi yad olunur05.03.2026 - 05:42
Reyhan Topçubaşovanın xatirəsi anılır05.03.2026 - 05:24
Tahir Kərimlinin doğum günü qeyd olunur05.03.2026 - 05:06
Gülşən Əkbərovanın doğum günü qeyd olunur05.03.2026 - 04:54
Yaşar Qarayevin xatirəsi yad edilir05.03.2026 - 04:36
Məmmədsadıq Nuriyevin xatirəsi yad olunur05.03.2026 - 04:18
Cəmil bəy Vəzirovun xatirəsi yad edilir05.03.2026 - 04:00
“DOST evi”nin uşaqları Şəkinin mədəni irsi ilə tanış olublar04.03.2026 - 19:55
Sosial şəbəkə istifadəçilərinin nəzərinə04.03.2026 - 19:45
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb04.03.2026 - 19:36
Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 19:30
Arxeoloqlar Rumıniyada nadir tapıntılar aşkar etdilər04.03.2026 - 19:24
Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib04.03.2026 - 19:18
Bakıda ilk dəfə “Mərhəmət gecəsi” adlı tədbir təşkil edilib04.03.2026 - 19:12
Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib04.03.2026 - 19:06
“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”04.03.2026 - 19:02
Bakıda “Buça” filminin nümayişi keçirilib04.03.2026 - 19:00
BMU-nun rektoru əcnəbi tələbələrlə görüşüb04.03.2026 - 19:00
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək04.03.2026 - 18:55
“Qiymətə görə müqayisə edilmək uşaqlarda hansı uzunmüddətli təsirlər yarada bilər?” – Psixoloq açıqladı04.03.2026 - 18:52
Təhsil İnstitutunda vakansiya VAR!04.03.2026 - 18:52
Günəşdə nəhəng plazma atılması qeydə alındı: Yer üçün təhlükə var?04.03.2026 - 18:48
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib04.03.2026 - 18:48
ABŞ-də qalmaqal: "ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 18:45
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb04.03.2026 - 18:40
Arxeoloqlar Rumıniyada nadir tapıntılar aşkar etdilər04.03.2026 - 18:38
Əcnəbilərin Azərbaycan dili imtahanının nəticələri elan olunub04.03.2026 - 18:30
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif olunur04.03.2026 - 18:25
"NetBlocks": "İranda internet əlaqəsi normanın cəmi 1%-ni təşkil edir04.03.2026 - 18:25
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi04.03.2026 - 18:18
Ali təhsilin beynəlmiləlləşməsi və tədqiqat potensialının gücləndirilməsi - interaktiv dərs04.03.2026 - 18:12
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu04.03.2026 - 18:10
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub04.03.2026 - 18:08
“Ulduz” jurnalının yeni nömrəsində...04.03.2026 - 18:04
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub04.03.2026 - 18:00
Quruluşçu rejissor: Klassik dramaturgiya hər zaman öyrədici və formalaşdırıcı xarakter daşıyır04.03.2026 - 17:57
Yaz yorğunluğu ilə vitamin çatışmazlığı arasındakı əlaqə açıqlandı04.03.2026 - 17:55
Türkmənistanın əfsanəvi milli atüstü oyunlar qrupundan Bakıda möhtəşəm şou 04.03.2026 - 17:55
Məktəbdənkənar təhsil müəssisələrində də məktəbəhazırlıq qrupları yaradılacaq 04.03.2026 - 17:50
Uşaqlar üçün düzgün qidalanma necə qurulmalıdır? - Qaydalar04.03.2026 - 17:49
“Əsrin müqaviləsi”ndən yaşıl enerji gündəliyinədək: Azərbaycanın enerji strategiyası04.03.2026 - 17:48
ADNSU-da təhsil alan türk tələbələrlə görüş keçirilib04.03.2026 - 17:45
Qazax Milli Universitetinin heyəti Azərbaycandakı gənclər siyasəti barədə məlumatlandırılıb04.03.2026 - 17:43
Xaqani Şirvani irsi və Mərkəzi Asiyada ədəbi-mədəni transformasiya ənənələri04.03.2026 - 17:41
450 min təhsil işçisinə “TəhsilPlus” veriləcək04.03.2026 - 17:40
Elçin Muradov: “Hər bir universitetin öz sahəsinə görə güclü tərəfləri var”04.03.2026 - 17:38