Təhsil 365 - Logo Mobile

Alimlər "piylənmə yaddaşı" haqqında məşhur mifə son qoyublar

7613.01.2026 - 07:05
Alimlər "piylənmə yaddaşı" haqqında məşhur mifə son qoyublar

Danimarkalı alimlər aşkar ediblər ki, yağ toxuması arıqlamadan sonra sağlam vəziyyətini bərpa etməyə qadirdir və "piylənmə yaddaşı" əvvəllər düşünülən qədər uzun müddət və sərt formada qalmır.

Tehsil365” xəbər verir ki, tədqiqatın nəticələri "Nature Metabolism" jurnalında dərc olunub.

Məlumata görə, piylənmə tez-tez xroniki iltihab və yağ toxumasının disfunksiyası ilə müşayiət olunur ki, bu da ikinci tip diabet və ürək-damar xəstəlikləri riskini artırır. Arıqlama bu riskləri azaltsa da, çəki itkisindən sonra yağ toxumasının normal vəziyyətə qayıdıb-qayıtmadığı sualı açıq qalmışdı.

Bu suala cavab tapmaq üçün tədqiqatçılar ağır piylənmədən əziyyət çəkən xəstələrin yağ toxumasını üç mərhələdə təhlil ediblər: müalicədən əvvəl, orta hesabla 5-10% çəki itkisindən sonra və mədə "baypass" əməliyyatından iki il sonra (20-45% çəki itkisi).

Əməliyyatdan iki il sonra alimlər aşkar ediblər ki, yağ toxumasında immun hüceyrələrinin sayı normal çəkidə olan insanlara xas səviyyəyə qədər azalıb. Eyni zamanda iltihab səviyyəsi aşağı düşüb və diabet riskinin qarşısını almaq üçün vacib amil olan insulinə həssaslıq normallaşıb. Qan damar hüceyrələrinin sayı artıb, toxumanın oksigen və qida maddələri ilə təminatı yaxşılaşıb və bütün hüceyrə növlərində gen aktivliyi "sağlam" profilə yaxınlaşıb.

Orta dərəcədə çəki itkisi yağ toxumasında iltihabı tamamilə aradan qaldırmasa da, tədqiqatçılar daha sağlam yağ hüceyrələrinin sələflərinin sayının artdığını müşahidə ediblər. Bu, bədən çəkisinin hətta 5%-nin itirilməsinin bütün bədəndə insulinə həssaslığı artırmasını izah edə bilər.

Rəşanə İsamqızı

Xəbər Lenti

Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35
“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi05.02.2026 - 08:22
Nicat Əliyev “İlin Gənci” mükafatına layiq görülüb - FOT05.02.2026 - 08:10
Bu il doqquz bölgə üzrə 8 min musiqi müəllimi attestasiyaya cəlb olunacaq05.02.2026 - 07:58
DİM-də CAF layihəsi çərçivəsində növbəti seminar təşkil olunub - FOTO05.02.2026 - 07:46
Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib - FOTO05.02.2026 - 07:34
Bu məktəblərə yeni direktorlar təyin olundu05.02.2026 - 07:23
Azərbaycan Universiteti yaz semestrində iki elmi konfrans keçirəcək05.02.2026 - 07:11
Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi açılıb05.02.2026 - 06:57
BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir05.02.2026 - 06:45
Dünya Hökumət Sammiti çərçivəsində Azərbaycanın təhsil əməkdaşlığı müzakirə olunub - FOTO05.02.2026 - 06:32
DİM bu imtahana qeydiyyat elan edir05.02.2026 - 06:20
ADU-da Türkiyənin “15 Temmuz Derneği”nin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO05.02.2026 - 06:10
Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib05.02.2026 - 05:59
Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat sərgisi təşkil olunub05.02.2026 - 05:47
Professor vəfat etdi - FOTO05.02.2026 - 05:35
Fevralın 28-də "planetlərin böyük paradı" müşahidə olunacaq05.02.2026 - 05:25
Bu gün görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2026 - 05:12
Bu gün hava necə olacaq? 05.02.2026 - 04:59
Masazır məktəbindən şikayət 04.02.2026 - 18:20
Sumqayıtda müəllim vəfat etdi - FOTO04.02.2026 - 17:11
Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi04.02.2026 - 16:56
Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib - FOTO04.02.2026 - 16:44
Dövlət Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anılıb - FOTO04.02.2026 - 16:32
Gürcüstan parlamenti 11 illik təhsilə keçidlə bağlı dəyişiklikləri qəbul edib04.02.2026 - 16:20
Xankəndidə kibertəhlükəsizlik üzrə ixtisaslı mütəxəssislər hazırlanacaq04.02.2026 - 16:11
LDU-da növbəti infosessiya keçirilib - FOTO04.02.2026 - 15:55
Belarus Dövlət Universiteti ilə Coğrafiya İnstitutu arasında memorandum imzalanıb04.02.2026 - 15:43
“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib - FOTO04.02.2026 - 15:31
DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb - FOTO04.02.2026 - 15:20
İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb04.02.2026 - 15:10
AMEA-nın müxbir üzvü Oruc Həsənlinin biblioqrafik göstəricisi nəşr olunub04.02.2026 - 14:59
Azərbaycan florasında endemik bitkilərin vəziyyəti elmi əsaslarla tədqiq edilir04.02.2026 - 14:48
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb - FOTO04.02.2026 - 14:37
“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti04.02.2026 - 14:25
BSU-da “İnklüziv bankçılıq” mövzusunda təlimin yekun görüşü təşkil edilib - FOTO04.02.2026 - 14:12
Elm və Təhsil Nazirliyində 146 Çağrı Mərkəzinin fəaliyyət dairəsi genişləndirilib - FOTO04.02.2026 - 13:58
Birgə elmi tədqiqatlar üçün Azərbaycan–İsrail platforması yaradılır04.02.2026 - 13:46
DİM-in imtahan nəzarətçilərinin 88,8 faizi ali təhsillidir04.02.2026 - 13:35
DİM-in şöbə müdiri imtahanlarda köçürmə hallarının kateqoriyalarını açıqlayıb04.02.2026 - 13:23
ADU-da “Çin mədəniyyətində atın simvolik təsviri” adlı bayram tədbiri təşkil edilib04.02.2026 - 13:12
Kimyaçı-alimlər Altsheymer xəstəliyinə qarşı ikili inhibitorlar yaradıblar - FOTO04.02.2026 - 12:59
DİM nəzarətçilərin ixtisas və regional bölgü statistikalarını açıqladı04.02.2026 - 12:46
2025-ci ildə zal nəzarətçiləri bazasında ciddi ixtisar aparılıb04.02.2026 - 12:34