Böyük Britaniya hökuməti ölkədəki aparıcı müəllimlər ittifaqlarından biri olan NASUWT-yə müraciət edərək, 16 yaşdan kiçik uşaqlar üçün sosial mediaya girişin məhdudlaşdırılması və ya qadağan olunması məsələsini dəstəkləməyə çağırıb.
“Tehsil365” xəbər verir ki, ittifaqın açıqlamasına görə, tənzimlənməmiş şəkildə sosial mediaya çıxış məktəblərdə şagird davranışlarında pozuntulara və psixoloji problemlərin artmasına səbəb olur. NASUWT nümayəndələri, sosial medianın məktəb mühitinə və uşaqların əqli sağlamlığına mənfi təsirləri ilə bağlı elmi sübutların artmaqda olduğunu vurğulayıblar.
İttifaq həmçinin məktəblərdə texnoloji alətlərdən istifadə ilə bağlı daha ciddi qaydaların tətbiqinə də ehtiyac olduğunu bildirib. Hazırda bu məsələ ölkə ictimaiyyətində və təhsil dairələrində ciddi müzakirə mövzusudur.
Qeyd edək ki, Britaniyada uşaq təhlükəsizliyi və psixi sağlamlıq mövzuları xüsusilə son illərdə gündəmi zəbt edən əsas problemlərdən biridir.

