Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin fizika müəllimi, “Örnək müəllim” adına layiq görülmüş Emil Bayramov növbəti uğuruna imza atıb.
“Tehsil365” xəbər verir ki, O, 10-14 yanvar 2026-cı il tarixlərində Qazaxıstanın Almata şəhərində keçirilmiş VIII Beynəlxalq Müəllimlərarası Fizika Olimpiadasında iştirak edərək gümüş medal qazanıb.
Emil müəllim olimpiadada yüksək bilik və peşəkarlıq nümayiş etdirib. Onun bu uğuru təkcə fərdi nailiyyət deyil, həm də Azərbaycan təhsilinin beynəlxalq miqyasda nüfuzunu artıran mühüm göstəricilərdən biridir.
Qeyd edək ki, Emil Bayramovun şagirdləri Respublika fənn olimpiadalarında uğurla iştirak edir, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında fizika fənni üzrə yüksək nəticələr göstərərək məktəbi və Masallı rayonunu layiqincə təmsil edirlər.
Bu uğur müəllim əməyinin və fədakarlığının bariz nümunəsidir.

