Təhsil 365 - Logo Mobile

Pedaqoji Universitetlə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

8113.01.2026 - 13:34
Pedaqoji Universitetlə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Yanvarın 13-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.

Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib. Görüş zamanı Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov ali pedaqoji təhsilin müasir çağırışlarından, müəllim hazırlığında keyfiyyət meyarlarının gücləndirilməsinin vacibliyindən, universitet-özəl sektor əməkdaşlığının əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, ADPU innovativ tədris modellərinin tətbiqi, STEAM yanaşmalarının pedaqoji hazırlıq prosesinə inteqrasiyası və praktik bacarıqlara əsaslanan kadr hazırlığı istiqamətində ardıcıl islahatlar həyata keçirir. Professor Cəfər Cəfərov bu baxımdan “Hədəf” Şirkətlər Qrupu ilə əməkdaşlığın universitet-özəl sektor əlaqələri baxımından mühüm imkanlar yaratdığını vurğulayıb.

“Hədəf” Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq çıxışında təhsilin bütün pillələri arasında davamlılığın təmin edilməsi və məktəb-universitet-əmək bazarı əlaqələrinin gücləndirilməsinin vacibliyinə toxunaraq, STEAM təhsili, müəllimlərin peşəkar inkişafı, müasir tədris resurslarının hazırlanması və birgə layihələrin icrası istiqamətində ADPU ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirib. O, universitetlə bir neçə ildir davam edən əməkdaşlıq əlaqələrinin bu memorandumla rəsmi səviyyəyə yüksəlməsinin önəmini vurğulayaraq bildirib ki, 26–27 yanvar tarixlərində keçiriləcək “Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqi də ADPU ilə birgə təşkil olunacaq. Qeyd edilib ki, bu beynəlxalq platforma növbəti dəfə təhsil sahəsində çalışan ekspertləri, müəllimləri və tədqiqatçıları bir araya gətirəcək, yeni elmi yanaşmaların müzakirəsi üçün imkan yaradacaq, eyni zamanda bir sıra xarici ölkələrdən olan təlimçi və ekspertlər tədbirdə iştirak edəcəklər.

Müzakirələr zamanı birgə təlim və seminarların təşkili, gələcək müəllimlərin praktik bacarıqlarının artırılması, metodik vəsaitlərin hazırlanması, STEAM mərkəzləri arasında əməkdaşlığın qurulması, eləcə də təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonra ADPU ilə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum pedaqoji kadr hazırlığında keyfiyyətin yüksəldilməsi, müasir tədris yanaşmaları və STEAM modelinin təhsil prosesinə daha sıx inteqrasiyası, birgə təlim və seminarların təşkili, metodik və tədris resurslarının hazırlanması, təcrübə və bilik mübadiləsinin aparılması, eləcə də tələbə və məzunların praktik bacarıqlarının artırılmasına yönəlmiş layihələrin icrası istiqamətində birgə fəaliyyətin həyata keçirilməsini əhatə edir. Eyni zamanda, sənəddə təhsil sahəsində innovativ təşəbbüslərin dəstəklənməsi, elmi-metodik əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli tərəfdaşlığın formalaşdırılması məsələləri öz əksini tapıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Mina Rəşid. Məktəbə gedən kukla13.01.2026 - 18:27
Misir Mardanov Bakının Dövlet Universitetində yeni vəzifəyə təyin olunacaq13.01.2026 - 18:13
Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib13.01.2026 - 17:59
Azərbaycan və Türkiyə arxeoloqları əməkdaşlıq edəcək13.01.2026 - 17:43
Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13.01.2026 - 17:29
BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb13.01.2026 - 17:14
ARB "Səkkiz" serialındakı fraqmentə görə cəza aldı13.01.2026 - 16:59
Kino Agentliyində kadr dəyişikliyi olub13.01.2026 - 16:43
Cəlilabadda məktəb direktoru avtomobillə piyadanı vurub13.01.2026 - 16:31
ABŞ startapı Ayda hotel tikməyi planlaşdırır13.01.2026 - 16:17
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 16:01
Xəzər Universitetinin müəllimi beynəlxalq jurnalda məqalə dərc etdirib13.01.2026 - 15:49
Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu13.01.2026 - 15:37
Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Tofiq Mütəllibovun həyat və yaradıcılığı13.01.2026 - 15:24
SAF DİL – MİLLİ KİMLİYİN QALASI13.01.2026 - 15:10
Türkiyə və Azərbaycan arxeoloqlarının birgə əməkdaşlığı barədə memorandum imzalanıb - FOTO13.01.2026 - 15:00
Şəki-Zaqatala Regional Təhsil İdarəsində məktəb direktorları ilə görüş keçirilib - FOTO13.01.2026 - 14:48
Yutub tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək - VİDEO13.01.2026 - 14:32
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 14:23
Tələbələr Üçün Tövsiyə Olunan Kitablar – Araşdırma13.01.2026 - 14:11
Türk professorlar UNEC-in Zaqatala filialında tədris prosesinə cəlb olunublar - FOTO13.01.2026 - 13:56
Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir - FOTO13.01.2026 - 13:45
Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var13.01.2026 - 13:21
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi13.01.2026 - 13:10
Universitet müəllimi vəfat edib13.01.2026 - 12:59
Məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub13.01.2026 - 12:47
İş yerini dəyişmək istəyən müəllimlər üçün son MƏRHƏLƏ13.01.2026 - 12:36
Həftə sonu magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 12:25
Rektor tələbələrlə görüş keçirib13.01.2026 - 12:12
Masallı müəllimi beynəlxalq olimpiadada uğur qazandı13.01.2026 - 12:00
Trans müəllim Texasda yeni siyasətlər səbəbilə işindən ayrıldı: "Ləyaqətimi qorumaq üçün getdim"13.01.2026 - 11:42
Yeni kampaniya Kir Starmeri uşaqların hüquqlarını məhdudlaşdırmamağa çağırır13.01.2026 - 11:24
Ekranda çox vaxt keçirmək uşaqların lüğət ehtiyatını zəiflədir13.01.2026 - 11:06
Britaniya hökumətindən müəllimlər ittifaqına çağırış 13.01.2026 - 10:54
İxtisaslaşma modeli şagirdlərin dünyagörüşünü məhdudlaşdırır? 13.01.2026 - 10:36
Müəllimlərin qarşılıqlı iş yeri dəyişməsi ilə bağlı sənəd yoxlanışı mərhələsi başlayır13.01.2026 - 10:18
Magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 10:00
İlham Vəliyevə universitetdə vəzifə verildi13.01.2026 - 09:48
Bakıda üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan yaxın zamanda evə buraxılacaq13.01.2026 - 09:31
Şagird yerdəyişməsi üçün SON gün13.01.2026 - 09:19
Rayon məktəblərində distant təhsil sınaqdan keçirilir13.01.2026 - 09:09
UNEC-də dərslər türkiyəli professorlar tərəfindən aparılır13.01.2026 - 08:58
Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək13.01.2026 - 08:43
BSU-nun rektoru tələbələrlə görüş keçirib13.01.2026 - 08:31
Sabah Bakıya sulu qar yağacaq13.01.2026 - 08:14
Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR13.01.2026 - 08:01
Dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ!13.01.2026 - 07:44